adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Bayden bilərəkdən səssiz qaldı -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
264 | 2024-04-15 11:17

İranın İsrailə hücumundan sonra, ABŞ prezidenti Co Bayden guya vəziyyəti gərginləşdirməmək üçün bilərəkdən kölgədə qalmağa üstünlük verdi. 

Politico qəzeti yazır ki, "Baydenin Yaxın Şərqdəki gərginliklə bağlı amerikan autoriyası qarşısında çıxış etməklə bağlı dəqiq  fikri yox idi... Geniş auditoriyaya telemüraciətində, prezident tədbirlərində bununla bağlı çıxış etməsi, eskalasiyanı daha da gərginləşdirə və Tehranın qızışmasına  səbəb ola bilərdi"- deyə məqalədə bildirilir.

Xəbər verdiyimiz kimi, İran pilotsuz uçuş aparatları və ballistik raketlərlə İsrailə hücum cəhdi həyata keçirdi. İsrail hərbiçiləri müttəfiqlərinin də köməkliyi ilə bu raketlərin çoxunu elə havada məhv elədi.

İsrailin baş naziri Benyamin Netanyahu qeyd etdi ki, hücumların qaşısı müvəffəqiyyətlə alınnıb. The New York Times bildirir ki, Netanyahu ABŞ prezidenti ilə danışıqlardan sonra, İrana hücum etməkdən vaz keçib (Daha doğrusu "xozeyn" İrana hücum etməyə icazə verməyib).

İranın xarici işlər naziri Hüseyin Əmir Əbdüllaxanian bəyan edib ki, İsrailə edilən hücumlar məhdud xarakter daşıyıb və dinc əhaliyə zərər gəlməməsi üçün hədəflər yalnız hərbi obyektlərə yönəlib. Daha sonra isə nazir, Vaşinqtonu İsrailə kömək etməməyə çağırıb, əks halda ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına hücum etməklə hədələyib.

Əslində Birləşmiş Ştatların İranla İsrail araslnda irimiqyaslı müharibənin  başlamasında marağı yoxdur. Ağ Evin məqsədi Yaxın Şərqdə münaqişənin elə bu vəziyyətdə mümkün qədər uzadılmasıdır. Çünki münaqişə uzandıqca, region dövlətləri bütün sahələr üzrə gücdən düşür və zəifləyir, belə olan halda isə onları asılı vəziyyətə salmaqla idarə etmək asanlaşır...

 

TƏQVİM / ARXİV