Bu gün Kennedinin öldürülməsi ilə bağlı sənədlər yayımlanacaq

129 | 2025-03-18 09:30

Martın 18-də ABŞ-də 35-ci prezident Con Kennedinin öldürülməsi işi ilə bağlı təxminən 80 min səhifəlik material ictimaiyyətə açıqlanacaq.

Adalet.az xəbər verir ki, bunu Vaşinqton administrasiyasının hazırkı rəhbəri Donald Tramp deyib.

“Seçki kampaniyası zamanı dedim ki, bunları ictimailəşdirəcəyəm. Mən isə sözümün ağasıyam, ona görə də Kennedi ilə bağlı sənədləri alacaqsınız, təxminən 80 min səhifədir”, - deyə o bildirib.

TƏQVİM / ARXİV