2022-ci ildən təşkil olunan sertifikatlaşdırma prosesində 64 min 901 müəllim iştirak edib.
Adalet.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, sertifikatlaşdırmadan keçən 17 min 426 müəllimin vəzifə maaşına 35 faiz, 38 min 84 müəllimin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub:
“2025-ci il üçün təşkil olunmuş sertifikatlaşdırılma prosesində 21 minə yaxın kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak ediblər. Test imtahan mərhələsində 6600 müəllim 51 bal və daha yuxarı, 11 min 318 müəllim isə 30 bal və daha yuxarı nəticə göstərib”.