Oxucu soruşa bilər ki "kim?", Cavabım - Akademik Akif Əlizadə. Geologiya-mineralogiya elmləri doktoru, professor, çoxsaylı fəxri ad və mükafatların sahibi... Bu yazıda onun ruhi qida ilə bağlılığından danışmaq istəyirəm.
Xəyal məni ötən əsrin əllinci illərinin əvvəllərinə aparır. 1951-1956-cı illər, unudulmaz tələbəlik çağları, ikimiz də fəal, əlaçı, ictimaiyyətçi idik. O, komsomol komitəsinin katibi, mən də gənc şair kimi get-gedə hörmət qazanırdıq. Şəkillərimiz "Şərəf lövhəsi"ndən boylanırdı.
Akif bir dəfə mənə tapşırdı ki, "Geoloq qız" adlı şeir yaz və Bakı Konservatoriyası - Sənaye İnstitutu tələbələrinin görüşündə oxu! Yazdım, oxudum və alqış qazandım. Sən demə Akif hələ mətnə musiqi də bəstələtdirmək istəyib. İçimizdə Ziya Hacızadə adlı qrup yoldaşımız vardı. Sən demə o musiqi məktəbini bitiribmiş, məşhur tarzən Əhsən Dadaşovun qaynı idi. "Geoloq qız" mahnısının mətni və notu hətta Xalq Yaradıcılığı Evinin buraxdığı almanaxda yer aldı.
...İkimiz də fərqlənmə diplomu ilə istehsalata göndərildik. Sonra taleyimiz bizi Geologiya İnstitutunun aspiranturasına qovuşdurdu. Beş il dünya şöhrətli elmi-tədqiqat ocağında çalışdıq. Akif orada da yenə fəallığı ilə nüfuz qazandı. Onun sevimli müğənnimiz Bülbül və akademik Musa müəllimin yubileyindəki təşkilatçılığı nümunə idi. "Geoloq qız"mahnısının nəqəratından daha çox xoşu gəlirdi:
Çiçəklərdən çələng hörüb özünə,
Axtarırsan yeni-yeni xəzinə;
Sevinc qonur yanağına - üzünə,
Nə bəxtiyar övladısan Vətənin,
Geoloq qız, vurğununam mən sənin.
Akif Musa müəllim haqqında yazdırdığı şeiri də akademiyadakı yığıncaqda oxutdurdu. O zaman böyük hörmət qazanmış "Neftçi" komandasının da oyunçuları ilə görüş daim yadımdadır. Unudulmaz Ələkbər Məmmədlinin başçılıq etdiyi futbolçulara aid misralar söyləməyi də möhkəm tapşırmışdı.
Aylar-aylara, fəsillər-fəsillərə calanıb çay kimi sonsuz vaxt ümmanına axır. Akif Əlizadənin elm yollarında yüksələn xətlə irəliləməsinin tarixi ayrı söhbətin mövzusudur. Qayıdıram əsas mətləbin üzərinə: Akif Əlizadə dostudur şeirin, ədəbiyyatın!
...Məclislərdə, yubileylərdə imkan tapıb bu dördlüyü səsləndirir:
Ana müqəddəsdir, ana böyükdür!
Onun varlığına borcludur bəşər;
Ana sözündəki məna böyükdür,
Ana ürəyində dünya yerləşər.
O, bu misraları hətta Az.TV-nin "Ovqat" proqramındakı çıxışında da milyonlara eşitdirdi.
Səngəçal dəniz mədənində ömrünün sonuna qədər baş geoloq vəzifəsində çalışan gözəl insan - elmlər doktoru Nüsrət Xəlilli həmişə qəlbimizdədir. "Bakı"qəzetində onun barəsində dərc etdirdiyim yazımı Akif həvəslə oxuyub, bu sözləri əzbərləmişdi. Yeri gələndə belə deyərdi: "Alqış əməlinə, arzuna əhsən! Nüsrət, sən özündə bir xəzinəsən!".
...Keçən ilin "qismət - noyabr" ayında yaşımın dəyişməsi ilə əlaqədar ondan təbrik teleqramı aldım. Mətnin axırında özünün düzüb-qoşduğu dördlüyü oxudum:
Cavanlığın sərhədini adladın,
Müdrikliyin zirvəsinə yol aldın;
Yer qəlbi tək qəlbi qaynar ocaqsan,
Sadə olub zəhmətinlə ucaldın.
Aha, demək şair təbiətli akademik yeri gələndə şeir də yazırmış. Hər il fevralın 25-də Akif Əlizadəni doğum günü münasibətilə təbrik edənlərə mən də fərəhlə qoşuluram.Yazını adətimə sadiq qalıb belə tamamlayıram:
Gənc, fəal, əlaçı tələbə idik,
Yolumuz doxsana doğrudur indi.
Bir qədər tanınmış müəllifəm mən,
O isə - AMEA Prezidenti.
Zaman nəhayətsiz, xatirə min-min,
Ad günü mübarək mütəfəkkirin!