Erməni deputat və katib toxunulmazlıqdan məhrum edildilər

802 | 2025-07-07 20:02

Ermənistan parlamenti “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanı deputat toxunulmazlığından məhrum edib.

Adalet.az xəbər verir ki, onun deputat toxunulmazlığından məhrum edilməsi barədə vəsatəti qanunverici orqana baş prokuror Anna Vardapetyan təqdim edib.
Gizli səsvermə keçirilib, nəticədə 107 deputatdan 59-u “lehinə” səs verib, “əleyhinə” səs verən olmayıb.

Gizli səsvermə nəticəsində 59 “lehinə” və 0 “əleyhinə” səs verən parlament “Hayastan” fraksiyasının katibi Artsvik Minasyanı da deputat toxunulmazlığından məhrum edib.

“Hayastan” fraksiyasının katibi keçmiş müdafiə naziri Seyran Ohanyanın işində ittiham olunur. Xüsusən də o, qanunsuz mülkiyyəti leqallaşdırmaqda ittiham olunur. 

  • Iyul:
  • 4

TƏQVİM / ARXİV