Erməni tarixçi, “Yaradılış Ermənistan” beyin mərkəzinin humanitar tədqiqatlar şöbəsinin rəhbəri Armen Sarkisyan çıxışlarının birində vurğulayıb ki, Qarabağ problemi beynəlmiləlləşib.
Sarkisyanın bu fikirləri ona görə səsləndirib ki, son 1 il müddətində dünyanın hegemon dövlətlərinin və beynəlxalq təşkilatlarının işğal dövründə Qarabağa köçürülmüş və 2023-cü ildə könüllü olaraq oranı tərk edən ermənilərin Qarabağa geri dönüşlə bağlı Azərbaycana təzyiq göstərməsi intensivləşib.
Beləki, erməni mediası yazır ki, noyabrın 21-də “Avropalılar Artsax naminə” platforması İngiltərə, Almaniya, Kipr, Hollandiya, Çexiya, Belçika, İsveçrə, İsveç, Danimarka, Bolqarıstan, Fransa və “Hay Dat” Avropa ofisinin əməkdaşları və Ermənistanın erməni icmalarının nümayəndəlik orqanlarının iştirakı ilə onlayn görüş keçirib:" Yunanıstan, Rumıniya və Portuqaliya nümayəndələri üzrlü səbəblərdən iclasda iştirak etməyiblər. Müzakirədə Artsax xalqının fundamental hüquqlarının müdafiəsi komitəsinin koordinatoru, Ermənistan Respublikasının keçmiş xarici işlər naziri Vardan Oskanyan və komitənin üzvü Armine Aleksanyan da iştirak ediblər.
Dekabrın 19-da keçirilən plenar iclasda 434 lehinə, 30 əleyhinə və 89 bitərəf olmaqla Avropa Parlamenti Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil mediaya təzyiqlərin davam etməsi ilə bağlı qətnamə qəbul edib. Bu səsvermədən əvvəl dekabrın 18-də eyni mövzu ilə bağlı parlament müzakirəsi keçirilib”.
Belə görüş və təblğatlar nəticəsidir ki, , ABŞ konqresmenlərinin, Fransa senatorlarının, İsveçrə Milli Şura üzvlərinin, Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının, Niderland Krallığı Parlamenti Nümayəndələr Palatası və sair, Azərbaycana qarşı əsassız və qərəzli qətnamə qəbul etdilər. yalan və saxta məlumatlar üzərində qurulan bu qətnamələr qeyri-obyektiv və birtərəfli yanaşmanı ortaya qoyur, revanşist ermənilərə və havadarlarına dəstək verir.
Bu qətnamələrin qərəzi nədədir:
1. Azərbaycan ərazisində ağır cinayətlər törətməkdə, o cümlədən terrorizm, separatizm, qəsdən adam öldürmə əməllərində və beynəlxalq humanitar hüququn digər ağır pozuntularında təqsirləndirilən şəxslərin “erməni hərbi əsirləri” kimi qələmə verilərək azadlığa buraxılmasının tələb etməsi .
2.Erməni mədəni irsinin guya talan edilməsi barədə saxta ittihamların irəli sürülməsi
3. Qarabağı könüllü tərk edən ermənilərin qeyri-şərtsiz geri qaytarılması
Bundan başqa, Almaniyanın Kassel şəhərinin inzibati məhkəməsi Qarabağ ermənisinin “vətəndaşlığı olmayan şəxs” hesab edildiyini və onun “Azərbaycan tərəfindən təqib ediləcəyini nəzərə alaraq” Qarabağa qayıda bilməyəcəyini bildirən qərəzli qərar qəbul etmişdi.
Məqsədi barışdırıcılıq və sülh olan Avropa Parlamentininbu ilin oktyabrında Azərbaycana qarşı qəbul etdiyi qətnamə ikiüzlülük və riyakarlığın son həddidir. Bu beynəlxalq təşkilatın ikili standartlardan çıxış etməsi erməniləri o qənaətə gətirib ki, Qarabağ mövzusu artıq beynəlmiləlləşdirilib.
Xatırladaq ki, bu ilin oktyabrında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi Moskvanın Bakı ilə ermənilərin Qarabağa qayıtması məsələsini müzakirə etdiyini açıqlamışdı:”Azərbaycanlı həmkarlarımızla olan bütün ikitərəfli təmaslarda erməni əhalinin Qarabağa qaytarılması məsələsini qaldırırıq və müvafiq cavablar alırıq. Tarixən bu ərazilərə bağlı olan insanlar üçün oraları itirməyin nə demək olduğunu çox yaxşı anlayırıq.Rəsmi Bakının oranı tərk edən əhalinin öz evlərinə qayıtması ilə bağlı atdığı konstruktiv addımlar barədə dəfələrlə danışmışıq. İnsanların geri qayıtması üçün imkan yaradılıb və bu imkan indi də mövcuddur. Əgər insanlar öz evlərini, doğma yurdlarını qorumaqda maraqlıdırlarsa, o zaman bu imkandan yararlanmalıdırlar."
P.S. Əslində Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa erməniləri Qarabağa qaytarmaq üçün özlərini sonuncu yola qoyan beynəlxalq ictimaiyyətə uyğun cavab verib:”Biz elə etməliyik ki, Qarabağa bir erməni qayıdırsa, Qərbi Azərbaycana da bir azərbaycanlı qayıtsın. Əgər min erməni azad olunmuş ərazilərə qayıdacaqsa, min azərbaycanlı da Qərbi Azərbaycana qayıtmalıdır. Beynəlxalq platformalarda bu alternativ şərtlər qaldırılmalıdır”.
Əntiqə Rəşid