Evimiz sirkələndi - Eminquey yazır

EMİNQUEY AKİF
1042 | 2023-12-07 12:35

Bir dostum zəng vurub ki, sizin də ev sirkələndi? 

Dedim, yox, bizim ev silkələnib. 

Dedi, hə də, mən də onu deyirəm. İnanırsan, listur necə sirkələnirdi?! 

Dedim, yox, inanmıram, listur sirkələnə bilməz. 

Dedi, ikimizin canı deyirəm e. Necə yəni sirkələnməyib?! Gözümlə gördüm. 

Dedim, yalan deyirsən gözünün içinə kimi, listur sirkələnə bilməz. 

Dedi, anamın canı, sirkələndi. 

Biraz da əsəbi, sərt tonda dedim, ananın canına yalandan and içmə! Yekə kişisən! Deyirəm, listur sirkələnə bilməz! 

Hiss elədim ki, sözüm pis toxundu ona, səsi-zadı titrəməyə başladı.

Dedi, a kişi, anamın canına niyə yalandan and içim? Zəlzələdən yazır hamı. Hamının listuru sirkələnib, oxumamısan? 

Dedim, mən inanmıram, nə olsun hamı yazır?

Dedi, yekə kişisən, nəyə inanırsansa ona and içim. Biraz nəfəsini dərdi, dedi, Məleykə haqqı deyirəm, yalan demirəm! Day özün bil! Sonra danışarıq, sağ ol! 

TƏQVİM / ARXİV