adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Hippokrata yox, vicdansızlığa and içənlər – Eminquey yazır

EMİNQUEY AKİF
761 | 2021-12-24 13:13

Xalamın yoldaşı şəkərinə görə mütəmadi olaraq Ə.D. Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında Nəzakət adlı endokrinoloqun yanına gedirmiş. Bir neçə ay əvvəl ayağında mazollar yaranır və həmin bu həkimin yanına gedir. Bu həkim baxır, deyir ki, göbələkdi. 

 

Nistatin tabletka yazır, bir də zelonka vursun deyir. Tapşırır ki, bir neçə gündən sonra bir də gəlin, baxım. Bir neçə gündən sonra gedirlər, baxır, bu dəfə nistatin mazı yazır. Və hər gedişdə də mütləq ki beş-on manat "şirinliy"ini alır. Bir neçə gün də belə mazla yola verəndən sonra bir də bu həkimin yanına gedirlər. Artıq ayağın bir barmağı göyərmiş vəziyyətdə. Bu Nəzakət həkim yenə baxır, israrla "valla, bu göbələkdi, amma istəsəz dəri həkimi deyim, cərrah deyim, yoxlatdırın". 

 

Gedirlər, dəri həkimi "bu göbələk deyil" deyib analizə yollayır. Analizin cavablar göbələk olmadığını təsdiqləyir. Xalamgil daha tanışlıqla bir cərrahla əlaqə yaradırlar. O da arasıra evə gəlir, ayağına dərman tökür, bağlayır. Amma qanqren olduğunu, şəkər xəstələrində bu cür halların olduğunu, çürümə gedəcəyini deyir. Sadəcə dərmanlarla qarşını almaq lazımdı. Bir müddətdən sonra iki barmaq tamam çürüyür, cərrah gəlir baxır və əməliyyatın qaçılmaz olduğunu deyir.

 

Uzun sözün kəsəsi, başda qeyd etdiyim Nəzakət "həkim" alacağı beş-on manatdan ötrü nə edəcəyini bilməyən insanları bisavadlığınamı, biinsaflığınamı, hər nəyinəsəmi salır və göbələk adı ilə cəncələ salır. 

 

Hal-hazırda xalamın əri xəstəxanada yatır, artıq ayağının dabana qədər hissəsi olan hissəsi kəsilib. İnsanlar savadsız da ola bilər  düşdüyü durumda nə edəcəyini bilməyə də bilər, bəs sənin həkim vicdanın hardadı? Başın çıxmır, yolla, yönləndir dəri həkiminə! Dəri probleminə nə vaxtdan baxışla dərman yazıblar? Analiz etdirmədən necə diaqnoz qoya bilərsən? Sən and içəndə şirinliyə, yoxsa Hippokrata and içmisən? Əslində verdiyim sualın cavabını bilirəm, sadəcə bu kimi "həkim"ləri mütləq ifşa eləmək lazımdı. Bugün birini, sabah o birini bədbəxt edəcəklər. Və Allah bilir, bugünə kimi neçə-neçə belə adam bu həkimin sayəsində nələrəsə gecikib.

 

Qeyd edim ki, ümumiyyətlə bu xəstəxanadan gileylənənlər çoxdu və mənim dostum 9 il əvvəl bu xəstəxanada həkim səhvindən 19 yaşında 13 gün komada qalıb dünyasını dəyişib.

TƏQVİM / ARXİV