İki həftəsi tamam olmamış impiçment?... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
137 | 2025-02-06 10:41

ABŞ konqressinin nümayəndələr palatasının Demokratlar partiyasından olan  nümayəndəsi El Qrin, ABŞ prezidenti Donald Trampa qarşı impiçment proseduruna başlamaq niyyətindədir. Bu barədə o, fevralln 5-də keçirilən palatanın iclasında bəyan edib.

 "Mən elan edirəm ki, rəzil təklifləri və rəzil hərəkətlərinə görə, prezidentə qarşı impiçment sənədlərini palataya təqdim edəcəm"- deyə The Hill qəzeti onun sözlərini öz səhifəsində işıqlandırıb.

 Siyasətçi qeyd edib ki, Ağ Evin hazırki sahibi, Qəzza bölgəsi ilə bağlı apardığı siyasətə görə, istefaya getməyi haqq edir. "Qızzaya qarşı ədalətsizlik, ABŞ-ın ədalətinə təhlükədir"-deyə Qrin bildirib.

 Dünənki sayımlzda bildirmişdik ki, Trampın özünü yer kürəsinin ağası kimi aparmaq istəyi, onun immicinə böyük zərbə vuracaq. "Başına "sapııca" dəyməyənədək "evin kişisinin" təkcə o, olmadığını anlamayacaq". Amma deyəsən bu dəfə  gözlənildiyi kimi "sapılcanı" demokratlar cəbhəsi vuracaq.  Tramp və komandasının bu zərbəfən sarsılıb-sarsılmayacağını isə zaman göstərəcək.

  Vəzifəsinə başladığı ilk gündən, ilk saatlardan qonşuları Kanada, Meksikaya, Avropa İttifaqından tərəfdaşları sayılan dövlətlərə, uzaq Çinə qarşı yeni gömrük rüsumlarını  tədbiq etməsi, 3 ilə yaxındır qızışdırıb "zibilə" saldıqları Ukraynaya hərbi yardımları dayandırması ilə ukrayna xalqını meydanda tək qoyması, əzəli düşmənləri saydıqları Rusiyaynı demək olar ki, hər çıxışında təhdid etməsi, Yaxın Şərqdə fələstinlilərin Qəzzadan köçürilməsi bəyənatı ilə ərəb dövlətlərini qəzəbləndirməsi nəticəsiz qala bilməzdi. Təbii ki, Trampın tələsik, bütün niyyətlərini bir dəfəyə yerinə yetirmək istəkləri,  Demokratları gözlədiklərindən daha tez bir zamanda hərəkətə keçirdi. 

 Düzdür, həm nümayəndələr palatasında, həm də Senatda elə də böyük gücə malik olmayan demokratların impiçment təşəbbüslərinin uğurla nəticələnəcəyi inandırlcı görünmür. Lakin, bu addım bir müddət Tramp komandasının başını qarışdıra, verdiyi kəskin fərmanların "dərəcəsini" aşağı sala bilər.  Belə olduğu halda, Trampın təmtaraqla verdiyi vədlər istənilən effekti verməyə bilər. 

 

TƏQVİM / ARXİV