İlham Əliyev: "Azərbaycan öz mövqeyini müdafiə edəcək"

181 | 2025-01-09 09:00

Azərbaycan Respublikasının ptezidenti İlham Əliyev, yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində, ötən ili də, iqtisadi inkişaf baxımından uğurlu il adlandırıb.

 "Hesab edirəm ki, inkişaf templəri, bugünki dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni ümumi daxili məhsul 4 faizdən çox artmışdır... Bizim üçün qeyri-neft sektorunun inkişafıdır. Son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik... Artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı stabil qalacaq. Neft hasilatı ümumi iqtisadi göstəricilərə təsir göstərməyəcək"...

Prezident İlham Əliyev, ölkəmizin maliyyə  vəziyyətinə aydınlıq gətirərək bildirdi ki, keçən il maliyyə vəziyyətimizi böyük dərəcədə yaxşılaşdıra, rezervlərimizi artıra bilmişik. "Baxmayaraq ki, keçən ilin büdcəsi rekord səviyyədə idi və çox sosial proqramlar icra edildi, o cümlədən Qarabağın bərpası ilə bağlı böyük vəsait sərf olundu. Buna baxmayaraq biz optimallaşdırmanı elə təşkil etmişdik ki, valyuta ehtiyatlarımız daha da artdı... İl ərzində valyuta ehtiyatlarımız 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. Əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük rəqəmdir".

Cənab Prezident, ikinci vacib məsələyə də toxunaraq bildirdi ki, ümumi daxili məhsulun xarici borca olan nisbəti 7.2 faizə bərabərdir. "Müqayisə üçün deyə bilərəm ki, əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur"...

 İlham Əliyev noyabr ayında ölkəmizdə keçirilən COP29 tədbirlərinin uğurlarından danışdı və bildirdi ki, bizim üçün COP29 böyük bir çağırış və böyük imkan idi. Bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi... COP29-u siyasi motivlər səbəbindən baykot etmək istəyən cəhdlər var idi. "Hesab edirəm ki, bu tədbirə ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdi. Xüsusiylə Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın. Həmkarlarımdan aldığım məlumatlara görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş... Səksən dövlət və hökumət başçısı Bakıta səfərə gəldi və bu bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi".

 Prezident İlham Əliyev, Azərbaycanın D-8- ə üzv qəbul olunmasını ölkəmizin bir daha nüfuzunun göstəricisi olduğunu vurğuladı.  Yarandığı 30 il ərzində ilk dəfə olaraq Azərbaycanın bu təşkilata üzv qəbul edilməsini diqqətə çatdırdı. "Müsəlman ölkələrinin ümumi daxili məhsulunu götürsək, bu, 5 trilyon dollardan çoxdur... Bu təşkilara üzv olmaq, bizim üçün həm böyük şərəfdir, həm fə böyük məsuliyyətdir"...

 30 ilə yaxın işğal altında qslan torpaqlarımızın 44 gün ərzində işğaldan azad olunmasından ötən 4 ildən artıq vaxt keçib. Lakin, Qərb qonşumuz, Ermənistanda yenidən revanşizm meylləri baş qaldırması müşayət olunur. 

Bu məsələyə münasibət bildirən Azərbaycan Respublikasının Prezidenti bildirdi ki, ikinci Qarabağ müharibəsinin və antiterror əməliyyatlarının nəticələri Ermənistan tərəfindən ciddi qəbul edilməlidir. "Ermənistanda gedən silahlanma prossesi əlbətdə ki, Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Mən bunu eyni zamanda, Ermənistan rəhbərliyinə də dəfələrlə bildirmişdim ki, bu yeni təhlükə yarada bilər". 

Əslində cənab İlham Əliyevin də, qeyd etdiyi kimi, Ermənistanı təxribatlara sürüyən Fransa kimi dövlətlərin sona qədər onların arxasında durmayacağı gün kimi aydındır.

Necə ki,  yavaş-yavaş Ukraynanın arxasından qaçmağa çalışırlar.

 "Biz təbii ki, bütün baş verənlərə sadəcə müşahidəçi kimi baxıb, heç nə etməyə bilmərik... Ermənistan silahlanma yarışında bizimlə rəqabət apara bilməz... Biz ikitərəfli danışıqlar formatının tərəfdarlarıyıq və əlbətdə ki, Azərbaycan öz mövqeyini müdafiə edəcək"- deyə İlham Əliyev bəyan etdi.

 Azərbaycan Respublikasının prezidenti jurnalistlərin suallarlnı cavablandırarkən, qoşu İranla münasibətlərə də aydınlıq gətirib. Prezident həm, ikinci Qarabağ müharibəsi dövründə, həm də müharibədən sonrakı dövrlərdə İranın Azərbaycana qarşı tutduğu möqeyi barədə geniş məlumat verib. Son günlər bir mollanın Azərbaycan və Türkiyəyə qarşı təxribat xarakterli təhqiramiz çıxışına münasubət bildirən Prezident bildirdi ki, "O ki qaldı, bir əyalət mollasının bizə qarşı nifrət münasibətinə, bu birinci dəfə deyil. Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir... Biz hesab edirik ki, əyalət mollası cəzalandırılmalıdır".

Ölkə başçlmız, yeni dünya nizamının formalsşmasının başlanğıcında olduğunu vurğuladı. "Əslində, biz bu prossesin fəal iştirakçısı olmalıyıq. Sadəcə olaraq, burada yeni nizamın necə olacağını gözləməməliyik. Biz öz işimizi görməliyik və gündəliyimizi bundan sonra da tədbiq etməliyik. Çünki Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, əlbətdə ki, məsuliyyət nöqteyi cəhətdən də xüsusi çəkiyə malikdir"...

 "Ədalət" qəzeti

TƏQVİM / ARXİV