Milli parklarda “açıq qapı” günü keçiriləcək
Ümumdünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar 11 yanvar tarixində Azərbaycanın milli parklarında “açıq qapı” günü olacaq.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev Adalet.az-a bildirib ki, 11 yanvar - Ümumdünya Qoruqlar və Milli Parklar Günü Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən hər il qeyd olunur.
“Hazırda ölkəmizdə 893 min hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan 10-u milli park, 10-u dövlət təbiət qoruğu, 24-ü dövlət təbiət yasaqlığıdır. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir”.
Xidmət rəsmisinin sözlərinə görə, “açıq qapı” günü ziyarətçilər Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parklara gəlməklə burada füsunkar təbiət ərazilərindən zövq ala və səmərəli gün keçirə bilərlər.
Digər Xəbərlər
03 Aprel 2026 11:36
Side Antik Şəhəri: Tarix və turizmin qovuşduğu Aralıq dənizi incisi - FOTOLAR
01 Aprel 2026 10:42
Leyla Əliyevadan Rasim Balayevlə bağlı PAYLAŞIM
31 Mart 2026 17:31
Alim Qasımov Rasim Balayevlə xatirələrindən DANIŞDI
31 Mart 2026 12:11


Bakı -°C

