adalet.az header logo
  • Bakı -°C
09 Yanvar 2025 16:56
1140
İDMAN
A- A+

"Qarabağ" "Kəpəz"i böyük hesabla məğlub etdi

Qış hazırlıq prosesini davam etdirən "Qarabağ" və "Kəpəz" komandaları arasında yoxlama oyunu keçirilib.

Adalet.az xəbər verir ki, “Azərsun Arena”da təşkil olunan qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində qolları 5, 14, 35-ci dəqiqələrdə Aleksey Kaşuk, 38-ci dəqiqədə Emmanuel Addai, 64-cü dəqiqədə isə Davud Məsumov vurublar.

Gəncə klubunun yeganə qoluna isə 67-ci dəqiqədə Ehtiram Şahverdiyev imza atıb.

Qeyd edək ki, “Qarabağ” yanvarın 12-də ikinci yoxlama görüşündə "Zirə"ni sınağa çəkəcək.