İranda qadınlarla bağlı qaydalar sərtləşdirilir

301 | 2024-12-12 18:33

İranda bu həftə yeni əxlaq normalarının qüvvəyə minməsi gözlənilir.

Adalet.az “The Guardian”a istinadən xəbər verir ki, sözügedən normaların pozulmasına görə qadınları külli miqdarda cərimə, 5 ildən 15 ilə qədər həbs cəzası və edam gözləyə bilər.

Bildirilib ki, dekabrın əvvəlində qəbul edilən qanunda çılpaqlığın təbliği, uyğunsuz geyim və ədəb qaydalarına riayət etməmək əxlaq normalarının pozulması hesab edilir. Burada çılpaqlıq dedikdə isə çiyin, topuq və dekolte hissəsinin nümayiş etdirilməsi nəzərdə tutulur. 

Yeni qanun, həmçinin bütün İran vətəndaşlarının üzərinə çılpaqlığı təbliğ edən qadınlar barədə aidiyyəti qurumlara məlumat vermək öhdəliyi qoyur.

TƏQVİM / ARXİV