adalet.az header logo
  • Bakı -°C

İsmayıl İmanzadə dünyasını dəyişdi

162 | 2026-06-21 17:27
A- A+

Şair-Publisist İsmayıl İmanzadə dünyasını dəyişib.

Adalet.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra vəfat edib.

Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri İsmayıl Səlim oğlu İmanzadə 1945-ci ildə anadan olub. 

1993-cü ildən Mingəçevir şəhərində məskunlaşan İsmayıl İmanzadə uzun illər Mingəçevir Şəhər İcra Hakimiyyətinin orqanı olan “Səda” qəzetində baş redaktorun müavini, “İnam” qəzetinin təsisçisi və baş redakoru vəzifəsində çalışmışdır. 26 il “Mingəçevir” qəzetinin şöbə redaktoru və müxbiri işləyib. 1995-ci ildən Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, 1999-cu il oktyabr ayından isə Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri, “Bənövşə” (“Mingəçevir leysanı”) ədəbi-bədii dərgisinin təsisçisi və baş redakoru olub.

TƏQVİM / ARXİV