adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

KORONANIN DÜŞÜNDÜRDÜKLƏRİ - Seyfəddin Altaylı yazır

SEYFƏDDİN ALTAYLI
92380 | 2020-05-08 13:18

"Ən mükəmməl ədalətvicdandır”.

Victor Hugo


Çindən yayılan korona virussilahsız-sursatsız dünyanı əsir elədi, həm də nə əsir...

Bu olay yaranandan bəri deyiləbilər ki, hər gün düşündüm, düşünürəm. Bu bəla görəsən insanlığı, niyə insanlıqdeyirəm ki, zalımları, qansoran kaftarları mənəvi yöndən narahat edəcəkdirmi,onları bir an üçün də olsa əlbətdə varsa, vicdanlarının səsinə qulaq asıb indiyəkimi gördükləri əməllərin pis olduğunu fikirləşməyə vadar edəcəkdirmi, öz-özlərinidanlayacaqlarmı, təkrarən bu cür zalımlıqları edəcəklərmi! Düzünü deyim heç ümidim yoxdur!

Birinci və İkinci Dünya müharibələriniçıxaranlar, on milyonlarla insanı vəhşicəsinə qətlə yetirənlər, milyonlarlaocağı söndürənlər, işlədikləri bu cinayətlərin bəşər əxlaqına zidd olduğunu əslafikirləşmədilər. Fikirləşsəydilər, Birincidən dərs alar və İkinci Dünya Müharibəsiyaranmazdı. Hər iki hərb də ancaq müstəmləkəçilik uğrunda yeridilən siyasətlərləbaşladı və nəticədə milyonlarla uşaq yetim və ögsüz, milyonlarla gəlin dul,milyonlarla gənc nakam qaldı. Bunlara səbəb olanlar yalnızca bir şeyi fikirləşdilər,daha çox müstəmləkə, daha çox soyğun, daha çox qan?!…

Amerikanın məxfi təşkilatıdünyanın harasında ağcaqanad uçsa ondan xəbərdardı, ancaq nə hikmətdirsə, əkizqüllələrin təyyarələrlə yerlə yeksan edildiyi olaydan xəbər tuta bilmədi! Buşgünah keçisini o saat tapdı.

Səddamın əlində nüvə silahlarıvardı, o terroristdi və İraq xalqı diktatura ilə idarə edilirdi. İraq xalqıazad edilməliydi. 20 Mart 2003-cü il tarixində general Tommy Franksın rəhbərliyindəkivəhşi Amerika ordusu "İraqı azad etmə" adıyla ölkəni işğala başladı.Gecələri partlayan bombalara baxıb sevinən amerikalı jurnalistlər"Bizimkilər atəşfəşanlıq edir!" - deyə göylərə tullanırdı.

Təqribən qırx xristian ölkəsiAmerikaya dayaq oldu, onları dəstəklədi. İraqın şimalında yaşayan yazıq kürdlərduza getməyə başladılar.

Onlar zənn etdilər ki, Amerikaonlara dövlət yaradacaq, hər şeylərində azad olacaqlar, digər kürdləri də birləşdiribböyük bir dövlətə çevriləcəklər!!! Kabab iyinə getdilər, ancaq gördülər ki, eşşəkdağlanır.

Çünki qərblilər tezlikləyüyürüb Bərzani və Talabani tayfalarının olduğu yerlərdə buruqlar vurub neftidaşımağa başladılar. Bilmirəm, bunlar vəhşi imperiyanın bir oyuncağı olduğunubaşa düşdümü!

Qərbin kaftarları İraqadoluşdu, muzeylər, evlər, insanlar qarət edilməklə bitmədi, milyonlarla müsəlmanərəbin namusuna toxunuldu. Mövhum olan müsəlman dünyası isə çadranı başına çəkibqulaqlarına pambıq təpdi, nə zorlanan yazıq qadınların naləsini eşitdi, nəsöndürülən ocaqlar üçün səsini yüksəltdi.

Allahın ən sevimli qulu Hz. Məhəmmədəolmazın işgəncələri edən, onun əhli-beytinə hər cürə alçaqlığı rəva görən ərəbdünyası, güclü Amerikanın qarşısında siçana döndü, onlar nə dedilərsə,nöqsansız yerinə yetirdilər, neçə-neçə bazalar qurmalarına imkan yaratdılar.

Sonra ayrı bir müstəmləkəçiRusiya işə daxil oldu. Hələ Sovetlər Birliyi dövründən əlaqə yaratdığı SuriyadaƏsəd rejiminə özünü dəvət etdirdi, eynilə bir vaxtlar Qırmızı ordunu ölkəsinə dəvətedən Babrak Karmallar və... kimi... Rus ordusu gedib Suriyada yerləşdi, ancaqSuriyanın İsrail tərəfindən vurulmasına əsla səsini çıxarmadı, Əsədin özxalqından milyonlarla insanı həlak etməsinə nəinki səs çıxardı, rus qüvvələrionlardan da artıq yazıq Suriyalı ərəblərin başına bomba yağdırdı, şəhərlərini,kəndlərini yerlə yeksan etdi. Ruslara görə dinc ərəblər terrorist idi?!

Deməyə nə hacət, bu kaftarlarınxisləti belədir, bunlar insan qanıyla bəslənən vampirlərdir. Qulaq asdıqlarımusiqi də zorlanan qadınların hayqırtısı, atası-anası gözünün qabağındaca güllənənən,başı kəsilən uşaqların naləsi, öz od-ocağından didərgin düşüb ah-naləsi ərşəçatan insanların fəryadıdır.

Birdən Çində bir virus törədi vəbu gözə görünməyən varlıq həmin imperialistlərin ölkəsinə hücum çəkdi, qurununoduna yaş da yanar misalı günahı olmayan ölkələrə də, Türkiyə, Azərbaycan və bunlarkimi ölkələrə də yoluxdu.

Kainatın gözü qabağındakaftarlar Əfqanıstanda, İraqda, Suriyada, Afrikada, Yəməndə milyonlarlaocaqları söndürərkən kara, kora, lala dönən xristian dünyası birdən oyandı vəvirusun səbəb olduğu ölümlərə çarə tapmaq üçün canfəşanlıq etməyə başladı.

İşğala uğramış bölgələrdənmilyonlarla insanın qanını töküb ocaqları söndürənlər özlərindən 15-20 mininsan cəhənnəmə vasil olan kimi virusun bəşəriyyəti məhv etdiyini anlamağabaşladı. Demək onlara görə insan yalnızca xristianlardır, bu vampirlərin vətəndaşlarıdır.Onlara görə, BMT və onun yançı qurumlarından ancaq öz mənafeləri üçün istifadəedən bu dövlətlərin vətəndaşları insandır, digərləri isə insana oxşayanvarlıqlardır. İşğala uğramış Əfqanıstanda, Suriyada, İraqda, Yəməndə ocağıdağıdılan insanlar Avropaya getmək üçün Ağdənizi, Egəni keçməyə çalışdılar.Minlərlə qadın, uşaq, qoca dənizdə qərq olub dünyasını dəyişdi, bəzilərininmeyidi sahillərə vurduqda bəşəriyyət dinmədi. Yunanıstandan keçib Avropaya getməkistəyənləri Yunan dövləti güllələdi, bombaladı, vaxtı keçmiş və yasaqlanmış qazbombalarını təpələrinə yağdırdı, İtaliya dənizdəcə onların qabağını kəsdi.Avropa Birliyi o saat yığışıb Yunanıstana milyarda yaxın avro məbləğində köməklikyolladı, kürəyinə əl çəkib "əhsən!" - dedi. Merkelin bəyanatınıxatırlayaq...

Türkiyə 1993-cü ildən bəri ölkəyəsığınan məzlum ərəblərə, kürdlərə 40 milyard dollardan artıq pul xərclədi.Avropa Birliyi isə söz verdiyi halda, NATO-da müttəfiqi olan Türkiyəyə yardımetmək bir tərəfə ağılsız kürdləri qışqırdıb İsrailin forpostu olacaq dövlətinqabağını Afrin, Barış Çeşməsi kimi hərəkatlarla kəsdiyindən Türkiyəni qınadı,çünki onlar bu dövləti yaratmağın, İranı, sonra da Türkiyəni bölüb parçalamağınvə buralardaki sərvətlərin soyulmağını fikirləşirdilər ancaq. Bütün bunlarxristianların insanla, insanlıqla bağlı xarakterinin iç üzünü açıb ortayatökür.

Milyonlarla iraqlı, suriyalı, əfqanıstanlı,yəmənli vəhşicəsinə qətlə yetirilərkən tükünü tərpətməyən bu məxluqatlar özlərindənyüz minə ancaq çatmış insan o dünyalıq olunca birdən oyandılar, çünki iynəninucu bir balaca özlərinə toxundu.

Bəs, Çinə 18-ci yüzillikdən bəriişğal etdikləri Şərqi Türküstanda əgər yüzillər boyu soyqırım törətməsəydi, bugün Uyğur Türklərinin sayı 100 milyonu ötərdi. Çinin əsarətində bu gün düşərgələrdə,dustaqxanalarda minlərlə uyğur soydaşımız işgəncələr altında nalə çəkməkdədir.Bir sözlə, Çin ilə nə Amerikanın, nə Rusiyanın, nə İngiltərənin, nə Fransanın nədə digərlərinin hər hansı fərqi yoxdur.

"Pisliyin əvəzi misli iləpislikdir. Hər kim haqsızlığa məruz qaldıqda ona haqsızlıq edəni bağışlayarsa,Allah onun mükafatını verər.

Şübhəsiz ki, Allah zalımlarısevməz. "Şura” surəsi 40".


Seyfəddin Altaylı,

Ankara,

altaylı[email protected]

TƏQVİM / ARXİV