"Krım Rusiyanın tərkibində qalacaq" - Tramp açıqladı

238 | 2025-04-25 15:36

"Krım yarımadası Ukraynadakı münaqişənin həlli ilə bağlı razılaşmanın bir hissəsi olaraq Rusiyanın tərkibində qalacaq". 

Adalet.az xəbər verir ki,  bunu ABŞ prezidenti Donald Tramp "Time" jurnalına müsahibəsində deyib. 

O əlavə edib ki, Ukrayna lideri Volodimir Zelenski də bu faktı yaxşı anlayır. 

ABŞ prezidentinin qeyd etdiyi kimi, yarımada kifayət qədər uzun müddət əvvəl Rusiyanın tərkibinə daxil olub.

TƏQVİM / ARXİV