Lavrovla Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib

231 | 2025-05-17 17:27

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Markov Rubio arasında telefon danışığı olub.

Adalet.az xəbər verir ki, onlar İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar.

Söhbət zamanı bir sıra digər beynəlxalq və regional məsələlərə də toxunulub.

Lavrov və Rubio Rusiya-Amerika təmaslarının davam etdirilməsi ilə bağlı da fikir mübadiləsi aparıblar.

TƏQVİM / ARXİV