Xəbər verdiyimiz kimi, Rusiyanın Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycana gəlib.
Adalet.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Matviyenko ilə görüşüb.
Görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişafı, xüsusilə də mədəni-humanitar əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər Moskvada ümummilli lider Heydər Əliyevin abidəsinin təməl daşının qoyulmasını yüksək qiymətləndirərək, bu addımın Azərbaycan-Rusiya dostluğunun daha da möhkəmlənməsinə töhfə verdiyini vurğulayıblar.
Görüş zamanı həmçinin humanitar layihələr, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
SON XƏBƏRLƏR
Bütün xəbərlərTOP 5
TƏQVİM / ARXİV
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |