adalet.az header logo
  • Bakı 12°C

Mübarəklər, hər gününüz mübarək - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
78726 | 2019-03-31 12:02

Əvvəllər mübarək sözünütoyda, ad günündə, bayramda, təzə paltar alanda və.s. deyər, eşidərdik. Bəzibayramlar münasibətilə bir-birimizəaçıqcalar göndərib təbrik edər, "Bayramınız mübarək” yazardıq. İndi bu mübarəklərsırasına çox əlavələr olub, ən dəbdə olanı isəcümə günlərində "Cüməniz mübarək” mesajlarıdır. Hər cümə günündə onlarla belə mesaj gəlir. Hara gəlir, necə gəlir, bir qədərsonra.

Müsəlman aləmində cüməgünü, xristiyan aləmində isə bazar günü digər günlərdən fərqlidir, yumşaq desək. Cümə günü, bir çoxlarınızın bildiyi kimi, ərəbdilində mənası "toplanmaq” deməkdir, yazdığım, yazacağım məlumatlar bir çoxlarınıza məlumdur (wikipediada da var),ancaq yenə də yazıram, bəlkə maraqlı oldu.

Cümə günü həftənin günlərindənbeşinci gündür. Bu günü İngilis dilində"Friday” adlandırırlar ki, bunun da qədimlərdə qadın allahı hesab edilən (səhvetmirəmsə Skandinaviyada)Freyyanın şərəfinə belə adlandırıldığı deyilir.

Uzatmayım, cümə adı iləbizlərə həmiçinin "Qara cümə” (son illərdəneşitdiklərimizdən), məşhur filmdəki (Robinzon Kruzo) Cümə və.s. ilə dətanışdır.

Yuxarıda qeyd etdiyimkimi, cümənın müsəlman aləmində xüsusi yeri vardır. Cümə gününün özəl bir günolması haqqında çoxlu deyimlər mövcuddur.İnternetdə azacıq araşdırma aparandabu fikir diqqətimi xüsusi çəkdi:"Peyğəmbərimiz (səs) Mədinə ətrafındakı kəndlərdən toz və tər qoxusu ilə cüməyəgələnlərə "Heç olmasa, bu gününüz üçün yaxşıca yuyunub təmizlənsəniz!"buyurmuşdur. (Müslim, Cümə, 9)” 1 .Demək ki, cümə günü həm də o zaman ərəblərin təmizlənməsi, pak olmalarıüçün də xüsusi bir gün imiş.

Yuxarıda qeyd etdiyimkimi, cümə günü həm də ərəblərin yuyunubtəmizlənmələri üçün gözəl fürsət olub (bəlkə indi də bir çoxları üçün belədir).Bu günün özəlliklərindən biri də cümə namazı və onun xütbəsidir. Cümə xütbəsi həftəlikmoizədir. Bu da başqa mövzudur ki, o vaxtlar tv-lər, mətbuat, internetolmadığından insanlara sözləri, düşüncələri və.s. bu xütbələr vasitəsiləçatdırırdılar.

Gələk mesajlara.

Xristiyan aləmində bazargününün xüsusi gün olduğunu qeyd etmişdim və bunu da çoxlarımız bilirik. Müsəlmanlar cümə günü məscidlərə getdiklərikimi inanclı xristiyanlar da bazar günləri kilsələrə gedərlər. Artıq neçə ildir ki, xristiyanların çoxluq təşkiletdiyi ölkələrin birində, Niderlandda yaşayıram. Bu illər ərzində kimsə mənə"Bazar günün mübarək” deməyib, bu məzmunlu mesaj filan da göndərməyib. Heçbir-birinə də bunları etmirlər. Ancaq həftə sonlarında dükan-bazarda, küçədərastlaşanda, telefonla danışanda və digər bu kimi durumlarda "gözəl həftə sonu”diləkllərini bildirirlər ki, bunun da bazar gününün dini tərəfləri ilə heç birbağlılığı yoxdur. Hətta olsa belə, bu səpkili mesajlarıtelefonla və.s. bir-birinə göndərərək narahat etməzlər. Anayırlar ki, insanların biri inanclı ola bilər,digəri yox və anlayırlar ki, din bir seçimdir, Türkiyə türkləri demişkən, kadərdeyil. Anlayırlar ki, hətta inanclı biriüçün bazar günü istirahət günüdür, yersiz yerə, məsələn, "Bazar günün mübarək” kimi mesajlarla insanların rahatlığını,istirahətinipozmaq olmaz. Anlayırlar ki, əgər bu cür standart mesajları kiminsə telefonunagöndərsələr və bir adam hər bazar günündəonlarla belə mesaj alsa, elə onlarıoxumaq, sonra o mesajlar yazılmış şəkilləri, videoları telefonun yaddaşındanpozmaq özü bir əziyyətdir. Anlayırlar ki, bu cür mesajlar göndərməklə adamıngününü mübarək etməzlər, tam əksinə, əsəb gətirə bilərlər. Ən yaxşı halda (ki,o da rastıma çıxmayıb) sosial şəbəkələrdə, ümumi bir mesajla gözəl həftə sonudiləklərini yazarlar.

"Roma Papasından artıqkatolik” deyimini hələ uşaq vaxtlarımda eşitmişdim və indi ora "Ərəbdən artıqƏrəb”misalını də aid edə bilərik, desəm,düşünürəm ki, yanılmaram. Təbii ki,hamımıza aid deyil, çoxlarımıza isə aid etmək olar. Hər cümə günü onlarla mesajalıram. İnancı olan da, olmayan da "Cüməniz mübarək” mesajları ilə adamın həmən gününü məhv edir, əsəbləşdirirlər. Bəlkəkiməsə xoşdur, ancaq bunun hamıya xoş olduğunu demək olmaz axı. Təsəvvür edirsiniz, telefonun yaddaşında olan nömrələrin bir çoxundan "Cüməniz mübarək” mesajları gəlir,bura bir də digər sosial şəbəkələrdən (məs, fb) özəl mesajlarla gələn eyni məzmunlumesajları daxil etsək yaranmış mənzərəni təsəvvür etmək o qədər də çətin olmalıdeyil. Bir dəfə telefonumunyaddaşında 75 eyni məzmunlu mesajpozmuşam. Yuxarıda "Ərəbdən artıq Ərəb”yazdım, əbətdə ki, cümənin tək ərəblərə deyil, bütün inanclı müsəlmanlaraaidiyyatı var, xüsusi bir gün kimi. Mənimüçün isə xüsusiliyi onda olur ki, həmən gün hər mesaj gəldikcə əsəbləşirəm. Telefonun səsini alırsan, gələnvacib mesajları da eşitmirsən. Kaş anlaya biləydik ki, belə mesajlarla günümübarək olmaqdan da çıxardırıq. Deyənlazımdır ki, mübarəklər, gündə mübarəklik qoymursunuz axı.

Ən qəribəsi də budur ki,indi yeni mesajlar da çıxıb, hər həftəninilk iş günündə "Yeni iş gününz mübarək” və.s. bu səpkili mesajlar göndərirlər.Mən də burdan belə toplum mesaj göndərənlərin ömürlərinin sonlarına kimi olanbütün günlərinə toplum mübarək deyirəm. Həmçinin, mənə indiyə kimi göndərikləri, göndərəcəkləri (buyazıdan sonra da!) bütün həftə günü mesajlarına cavab verirəm: bazar ertələriniz, çərşənbə axşamlarınız, çərşənbələriniz, cümə axşamlarınız, cümələriniz,şənbələriniz, bazar günləriniz mübarək. Bir sözlə, günləriniz mübarək.

Vüqar Abbasov. Niderland.

[email protected]

P.S. Bu baxımdan uzun-uzadı yazmaq olar, ancaqehtiyac görmürəm. Əslində belə bir mövzuda yazmağına dəyərdimi, yoxsa yox,bilmirəm. Mən yazdım, qərar vermək sizdən:yazmağa dəyərdimi?

1 http://www.suallarlaislam.com/article/islamda-cuem%C9%99-guenue-n%C9%99d%C9%99n-cox-qiym%C9%99tlidir-cuem%C9%99-guenuenuen-%C9%99h%C9%99miyy%C9%99ti-n%C9%99dir


TƏQVİM / ARXİV