adalet.az header logo
  • Bakı 20°C

Naməlum əsgər məzarında doğulanlar... - Emin Piri yazır

Emin Piri
892 | 2022-04-02 19:59

Şəhidlər xiyabanında idim...

Naməlum əsgər məzarı...

Bir çox məzarların üzərində gül vardı.

Bir də məzar üstündə şəhid anaları vardı.

Amma bu məzardan başqa...

Məzar qazılıb DNK analizi üçün nəşi aparılıb.

Kimsə yox idi məzarı başında. Başqalarında ana vardı. Ya da övlad, qohum...

Hə, onda da var idi.

Ana pişik vardı məzarı üstdə.

Məzarın içindəsə pişik balası. Balalayıb şəhid məzarına etibar etmişdi körpələrini.

Şəkildə gördüyünüz kimi. Məzar içindən pişik balası bizə boylanır. Anası isə məzarın yanındadır.

Bildiyim odur ki, o məzar daha naməlum və tənha deyil...

TƏQVİM / ARXİV