NATO Rusiya ərazilərin vurulmasını istəyir - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
941 | 2024-05-27 09:47

NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv dövlətlərdən Ukraynaya qərb ölkələrinin verdikləri silahlardan Rusiya ərazilərində obyektlərə zərbə endirilməsinə icazı verilməsini tələb edib. 

Analoji tələb ABŞ-dan da gəlib. Belə ki, bir qrup qanunverici orqanın üzvləri də, Pentaqondan ABŞ-ın Ukraynaya verdiyi silahlardan Rusiya ərazilərinə zərbə endirilməsinə icazə verilməsini istəyiblər. 

ABŞ, deyəsən Ukraynanın tezliklə məhv olmasına çalışır. Ağ Evdə oturanlar da yaxşı bilirlər ki, Kreml ərazilərinə endirilən zərbələri cavabsız qoymayacaq və o da, Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla, bütün şəhərlərini raket atəşinə məruz qoyacaq. 

ABŞ və Qərb dövlətlərinin rəhbərləri, xüsusiylə də Makron, Ukrayna prezidenti Volodimir Zelenskini qızışdırmaqla nəyə nail olmaq istəyirlər? Əslində Vaçinqtonun istəyi əvvəlcədən də məlum idi. Məqsəd bu müharibədə Rusiyanı zəiflədərək, həm iqtisadi, həm də ölkə olaraq çökdürülməsinə  nail olmaq idi, lakin görünən odur ki, hazırda bunu reallaşdırmaq mümkün olmur. 

Makronun nə istədiyini isə, yəqin ki,  heç özü də bilmir. Guya Qərbin lideri, söz sahibi olduğunu göstərməyə çalışır, amma ard-arda verdiyi hər sərsəm bəyənatı özünə qarşı çevrilir.

ABŞ-ın və xüsusilə də, NATO-nun baş katibinin belə bir bəyənatla çıxış etməsi, alyans üzlərindən bir çoxunun etirazlarına səbəb olub.

İtaliya baş nazirinin müavini, "Liqa" partiyasının lideri Matteo Salvini hesab edir ki, NATO-nun baş katibi Yens Stoltenberq bu bəyənatdan sonra, ya çıxıb üzr istəməli, ya da istefa verməlidir. 

 "Stoltrnberq, ya bəyənatına düzəliş verməklə üzr istəməli, ya da istefa verib vəzifəsindən getməlidir. Çünki onun, bizim Ukraynaya müdafiə olunmaq üçün göndərdiyimiz raket və bombalardan, bizim adımızdan öz ərazilərindən kənarda istifadə olunmasına icazə verməyə ixtiyarı yoxdur"- deyə İtaliyanın baş nazrinin müavini bəyan edib.

 İtaliyanın baş naziri Corca Meloni də, öz növbəsində NATO-nun baş katibinə,  sözlərinə diqqət yetirməsini və verdiyi bəyənatlarda ehtiyatlı olmasını məsləhət görüb.

 Alyansın digər üzvü, Almaniya kansleti Olaf Şolst da, Qərb silahlarından Rusiya ərazilərində istifadə edilməsiə etiraz etdiyini bəyan edib. 

Dövlət Departamentindən bildirilib ki,  ABŞ-ın Ukraynaya verdiyi silahlardan Rusiya ərazilərində istifadə ediməsini dəstəkləmirlər, lakin qurumun rəhbəri Entoni Blinken bunun əleyhinə olmadıqlarını da bəyan edib: "Ukrayna bu silahlardan istədiyi kimi istifadə edə bilər".

Bu arada Qərb dövlətləri, Kiyevə hərbi və maliyə yardımlarını artırmaqda davam edir. Bu isə, cəbhə xəttində gərginliyin artmasına səbəb olur. Ukraynadan alınan məlumatlar göstərir ki, Kreml bütün cəbhə boyu hücuma keçir. Ən böyük şəhərlərdən biri, Xarkov intensiv raket atəşinə məruz qalıb. Digər yaşayış məntəqələrində də,həyəcanlı anlar yaşanır. 

Göründüyü kimi, hər şey ABŞ-ın istəyinə uyğun davam etməkdədir... 


 

TƏQVİM / ARXİV