İran prezidenti Məsud Pezeşkian ABŞ prezidenti Donald Trampla danışıqların mümkünlüyünü rədd edib.
Adalet.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, o, Vaşinqtonun nüvə sazişi üzrə birbaşa danışıqlara çağırışına belə cavab verib.
Pezeşkian həmçinin Trampın Ağ Evdə Volodimir Zelenski ilə son görüşünü tənqid edərək, onu rüsvayçılıq adlandırıb.
"Məni hədələyəndə mən sizinlə danışıqlar aparmaq istəmirəm. Nə istəsəniz, edin", - deyə Pezeşkian qeyd edib.
Bundan əvvəl Trampın danışıqlar təklifi İranın ali dini lideri Əli Xamenei tərəfindən rədd edilmişdi.