adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

O bayraq enəcək, o "separatçılar" gedəcək... - İlqar Rəsul yazır

İLQAR RƏSUL
49226 | 2021-02-19 13:16

Gerçəkdən Məmləkət üçün narahat olanlara bildirmək istəyirəm ki, Qarabağ və ümuimiyyətlə Ermənistan Azərbaycan çəkişməsi ilə bağlı proses bizim xeyrimizə gedir. Həm də çox ciddi şəkildə. Haqlı olaraq sizləri narahat edən məsələlər (sülhməramlılar, ermənilərin qayıtması, Xankəndində "bayraq"-filan) əslində baş verənlərlə müqayisədə xırda məsələlərdi. Ermənilər artıq Qarabağdan əllərini üzüblər və heç olmasa onun Rusiyaya tabe edilməsinə ümid bəsləyirlər. Rusiyanın isə bu imkanı yoxdu. Ümumiyyətlə Qarabağ müasir dünyanın geopolitik arenasına bir neçə gözlənilməz sürpriz bəxş edib. Yaxın dövlərdə birini də edəcək. Ruslar ilk dəfə əslində özlərinin saydıqları münaqişə zonasından fərqli şəkildə çəkiləcəklər.

Azərbaycan üçün indi əsas məsələ sərhədlərin konkretləşməsidir. O da çox uğurla davam edir. Növbəti mərhələlərdə xeyrimizə olan daha başqa hadisələri də müşahidə edəcəyik. Sadəcə bir az səbir və zaman istər bu proses.

Bunları indidən dövlət vətəndaşlara deyə bilməz, çünki protokol, anlaşma var. Ağlının gözü ilə prosesi necə var, elə görə bilənlərin də baş verənlərin mahiyyətini tam açıqlaması ümumi iş naminə düz olmaz. Qısacası odur ki, o sülhməramlıların məramı bitəcək, o bayraq enəcək, o "separatçılar" gedəcək...

Allah Azərbaycanı, Türkiyəni və onların dostlarını qorusun, düşmənlərini rəzil etsin!

TƏQVİM / ARXİV