adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Oğlum, mənəm, Emil Balayev – Eminquey yazır

EMİNQUEY AKİF
1497 | 2023-03-28 13:10

Dünyanın ən bədbəxt futbol azarkeşləri bizik. Milli yığman ola və sən gedibən hansısa sarıbaşın, qarabaşın yığmasına azarkeşlik edəsən. Bir dəfə də olsun ağzını açıbürəkdən "Azərbaycan” deyə qışqıra bilməyəsən. Asan deyil. Nə qədər məşqçilər gəldi-getdi milli yığmamızdan. İndi gəl aqil ol, nakam getmə də.

Sovet vaxtı dodağın üstündə nazik bığ saxlayardı kişilər. Yüz ölçüb, bir biçmək gərək idi o bığı saxlamaqçun. Adama baxırdın, bığı həm var idi, həm də yox idi. Həmişə o cür bığ saxlayanları görəndə gülmüşəm. İndi Azərbaycan futbolu da o bığ kimidir, həm var, həm də yox. Otur, bax, gül, ağla. Milli yığmanın oyunları kino indsutriyasına etirazdır. Görürlər ki, nə normal dram filmləri çəkilir, nə də kommersiya, ikisini birləşdirib oyunları ilə tragikomik bir film göstərirlər bizə. Gülürük də, ağlayarıq da.

2019-cu ildə bu iki abzasla başlamışdım yazıma. Yenə də bu abzasla başlayıb futbol maçlarına çox da ciddi baxmayan milli yığmamızın İsveçə 5 cavabsız qolla uduzmağı barədə çox da ciddi olmayan bir qısa lətifə ilə şərh vermək istəyirəm.

Millimiz İsveçə 5 topla uduzandan sonra komandamızın hücumçusu Ramil Şeydayev tanınmamaq üçün yaşlı bir adam cildinə girir və bir kafeyə gedir. Kafedə ona yaşlı bir qadın yaxınlaşır və soruşur:

- Necəsən, Ramil?

Ramil bunu eşidən kimi dəli olur. “Bu qadın məni necə tanıdı axı?” – deyib düşünür.

Ertəsi gün yenə Ramil eyni kafeyə gedir. Bu dəfə də həmin qadın ona yaxınlaşıb soruşur:

- Necəsən, Ramil?

Ramil artıq bezir, üçüncü gün tamam başqa bir cildə girir və yenə həmin kafeyə gedir. Nə təəssüf ki, yenə bu qadın Mahirə yaxınlaşır və soruşur:

- Necəsən, Ramil?

Ramil bu dəfə özünü saxlaya bilmir və qadından soruşur:

- Ay xanım, sən məni hardan tanıyırsan?

Yaşlı qadın deyir:

- Oğlum, mənəm, Emil Balayev.

 

TƏQVİM / ARXİV