adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Polislər deputatı doğulduğu kəndə buraxmadı: Video

608 | 2024-05-02 12:09

Ermənistan polisi Tavuşun Kirants kəndinə yeridilib. Ermənistan Daxili İşlər Nazirliyi məlumat i, Müdafiə Nazirliyi tərəfindən yolların bağlandığı Kirants-Xeyrimli ərazisində minalardan təmizləmə əməliyyatları aparılır. Jurnalistləri də kəndə buraxmırlar.


Adalet.az xəbər verir ki,  Kirantsın girişini bağlamaq üçün Şirak, Armavir, Araqatsotn rayonlarından da polislər gətirilərək kəndin giriş və çıxışları nəzarət altına alınıb.
Məlumdur ki, bir neçə gündür ki, Azərbaycanla sərhədin Qazax-Tavuş istiqamətində demarkasiya prosesi başlayıb və bu prosesin qarşısın almaq istəyən etirazçıların ərazidən kənarlaşdırılması üçün tədbirlər planının bir hissəsidir.


“Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyan bildirib ki, hazırda polis qüvvələri sıraya düzülüb və kəndimizə - Kirantsa getməyimizə icazə vermir. Sual verirəm, soruşuram: hansı qanunla kəndimizə getməyə icazə vermirsən, deyirlər: orda yaşamırsansa, orada sakin deyilsən, deməli sənin haqqın yoxdur.Bunun üçün hansı qanundan istifadə edildiyini anlamırıq. “Qanunda qeyd olunub ki, təkcə deputatın deyil, insanların, vətəndaşların da hüququ əngəllənməlidir.

 Qeyd edək ki, Danielyan  həm də iddia edib ki,  Kiratsda polis “Həlqə” əməliyyatı keçirir:"Polis kəndin girişlərini bağlayıb. Çoxlu sayda polis kəndə axışıb.Minatəmizləmə əməliyyatlarına mane olan kənd kişiləri vəhşicəsinə saxlanılıb. Həbs olunanlar arasında azyaşlılar da var. Hazırda mən İcevan polis şöbəsindəyəm, orada iyirmidən çox vətəndaş saxlanılır”.

 Əntiqə Rəşid

TƏQVİM / ARXİV