adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7

PUTİN ÇIXMAZ YOLDADIR -  Seyfəddin Altaylı yazır
 

SEYFƏDDİN ALTAYLI
890 | 2022-10-25 14:51

“Fevraldan bǝri bir çox insan ǝn sevdiyi şǝxslǝri hǝrbǝ qurban verdi, ancaq ruslara baş endirmǝyǝcǝyik. Ordumuzun güclü olması üçün ǝlimizdǝn nǝ gǝlirsǝ onu edǝcǝyik. Aylardan bǝri ölkǝsini Rus işğalına qarşı müdafiə edǝn vǝtǝnsevǝr ukraynalılar böyük zǝfǝri çalmağa layiqdir, ona qadirdir vǝ hǝr ötǝn gün zəfǝrǝ daha yaxınıq”

Xristina Morozova

 

Xristina Morozova ukraynalı hǝr hansı bir qadından özgǝsi deyildir. Onun yuxarıda dilǝ gǝtirdiyi vǝ mǝtbuata düşmüş sözlǝri mǝnǝ Mustafa Kamal Atatürkün Anadoluda başlatdığı azadlıq mübarizǝsini xatırlatdı.

İtaliya, İngiltǝrǝ vǝ Fransa 26 aprel 1917-ci ildǝ St. Jǝan-de-Mauriennǝ sazişi ilǝ Türkiyǝni babalarının malı kimi bölüşmüşdülǝr. Antanta dövlǝtlǝrinin icazǝsi ilǝ yunanlar yunanlı komandir Aristidis Stergiadisin komandasında 15 may 1919-cu ildə 20 min hǝrbçi ilǝ İzmiri işğal etdilǝr. İşğalın memarı isǝ İngiltǝrǝ baş naziri Lloyd George (Lloyd Corc) idi. Antanta dövlǝtlǝrinin ǝsl mǝqsǝdi İtaliyanın Anadoluda işğal edǝcǝklǝri yerlǝrin müǝyyǝn hǝddi ötmǝmǝsi idi. Mudros sazişi ilǝ Osmanlı ordusu dağıldığından onlara müqavimǝt edǝcǝk hǝrbi güc demək olar ki, yox idi vǝ ilk olaraq yaradılan milli qüvvǝnin sayı yalnızca 200 nǝfǝr idi. 15 vǝ 16 may günlǝrindǝ Yunanıstanın işğalçı ordusunun qǝtlǝ yetirdiyi türklǝrin sayı 5 min idi. Yunan ordusu ölkǝdǝn çǝkilǝnǝ kimi Xocalı Soyqırımından da daha dǝhşǝtli qırğınlar vǝ tǝcavüzlǝr yaratmışdır. İndiki çağda özünü insansevǝr, demokrat, bǝşǝri dǝyǝrlǝrǝ hörmǝt göstǝrǝn insanlar kimi qǝlǝmǝ verǝn xristian dünyası isǝ o olaylar qarşısında eynilǝ Xocalı Soyqırımında olduğu kimi ağzına su alıb susmuşdu.

Mustafa Kamal İzmirin işğalını eşidǝn kimi padşahla görüşmüş vǝ Anadoluya getmǝk üçün icazǝ alıb 19 may 1919-cu il tarixindǝ yoldaşları ilǝ birlikdǝ İstanbuldan hǝrǝkǝt edǝrǝk Samsuna getmiş oradan da Amasiyaya keçǝrǝk 22 iyun 1919-cu il tarixindǝ xalq rǝhbǝrlǝri ilǝ yığıncaq keçirmiş vǝ “Amasiya Tǝmimi” adıyla bir mǝtn yaymışdılar. Hǝmin mǝtndǝ yer tutan önǝmli cümlǝlǝrdǝn biri belǝdir: “Vǝtǝnin tamamı, millǝtin müstǝqilliyi tǝhlükǝ ilǝ üz-üzǝdir. İstanbul hökumǝti Antanta Dövlǝtlǝrinin tǝsiri vǝ nǝzarǝti altında olduğundan malik olduğu mǝsuliyyǝti yerinǝ yetirǝ bilmǝmǝkdǝdir. Bu vǝziyyǝt dǝ millǝtimizi adı var, özü yox vǝziyyǝtinǝ gǝtirib çıxarmışdır. Millǝtin müstǝqilliyini yǝnǝ millǝtin ǝzm vǝ qǝrarı xilas edǝcǝkdir”.

Atatürk millǝtin tamamını azadlıq mübarizǝsinǝ qoşmuş vǝ axırda millǝtin dǝ kütlǝvi kömǝyi ilǝ o mübarizǝni qazanmışdır.

İkinci Dünya Müharibǝsi sonrasında iki qütblü dünya yarandığı mǝlumdur. Bir tǝrǝfindǝ ABŞ, digǝrindǝ isǝ Sovetlǝr Birliyi vardı. İllǝr uzunu “Qırmızı Ordu” xofu dünyada hökmran olmuşdu.

1990-cı illǝrdǝ Sovetlǝr Birliyi dağıldı, yerindǝ Rusiya Federasiyası yarandı. O vaxtlarda da bu federasiyanın dağılacağını dǝfǝlǝrlǝ vurğulamış, ancaq o dağılarkǝn özünün dağıntıları arasında bir çox xalqın yaşadığı coğrafiyaları qan gölünǝ döndərəcǝkdir - demişdim.

Putin rǝhbǝrliyi ǝlǝ keçirdikdǝn sonra Rusiya Federasiyasında önǝmli gedişlǝr etdi, ölkǝdǝ müǝyyǝn irǝlilǝyişlǝrǝ qol çǝkdi vǝ Qǝrb mǝtbuatının da özü haqqındakı şişirtmǝ tǝbliğatının tǝlǝsinǝ düşdü. Xüsusilǝ Co Bayden yaydığı bǝyanatlarla Putini tǝlǝyǝ saldı vǝ Ukraynaya hücum etdirdi. Bayden istǝyirdi ki, özlǝri necǝ Vyetnamda, Əfqanıstanda, İraqda mǝğlub oldu isǝ Rusiya da Ukraynada eyni mǝğlubiyyǝti dadsın. Ona görǝ Krımın işğalında sakitcǝ dayandılar vǝ heç nǝ demǝdilǝr. Putin onların sakit rǝftarlarına inanıb qürrǝlǝndi vǝ rus ordusunun da şişirdilmǝ gücünǝ inanıb Ukraynaya hücum etdirdi. Putin vǝ ǝtrafında olanlar Ukraynanı bir neçǝ günǝ diz çökdürüb ölkǝnin tamamını işğal edǝrǝk keçmiş Sovetlǝr Birliyi sǝrhǝdlǝrini bǝrpa edǝcǝyinǝ inandılar. Aradan yeddi ay ötdü, ancaq ruslar, daha doğrusu, Putin vǝ yançıları arzularına çata bilmǝdilǝr, çata da bilmǝyǝcǝklǝr.

Mediada rus hǝrbçilǝrin ukraynalı qadınlara eynilǝ amerikan hǝrbçilǝrinin İraqda etdiklǝrini hǝyata keçirdiyi yazılmaqdadır. Bir millǝtin namusuna toxunmaq, işğalçı qüvvǝyǝ nam qazandırmaz, ǝksinǝ onun tǝmsil etdiyi xalqın ǝxlaqını sual altında qoyar.

Ukrayna xalqı kütlǝvi olaraq öz ordularını dǝstǝklǝyir. Putinin işi artıq Allaha qalmışdır. Onu qǝrblilǝr tǝlǝyǝ salıb elǝ bir istiqamǝtǝ yönlǝndirdilǝr ki, nǝ gedǝ, nǝ dǝ qayıda bilir. İşi çǝtindǝn dǝ çǝtindir. İndi o, bütövlükdǝ dünyanı qarşısına almış vǝ nǝ edǝcǝyini bilmǝz haldadır.

Mǝn hǝmişǝ İlahi ǝdalǝtin tǝcǝlli edǝcǝyinǝ inanmışam. Ruslar XVII ǝsrdǝn bǝri xüsusilǝ türk yurdlarını işğal edib yalnız işğalla kifayǝtlǝnmǝdilǝr. İşğal etdiklǝri yerlǝrin yerüstü, yeraltı sǝrvǝtlǝrini talayıb Moskvaya apardılar. Xalqı oyada bilǝcǝk hǝr nǝ gördülǝrsǝ aradan götürdülǝr, mǝdǝni dǝyǝrlǝri yasaqladılar. Tar kimi musiqi alǝtinin yasaqlanması, Hüseyn Cavid kimi şairlǝrin sudan bǝhanǝlǝrlǝ aradan götürülmǝlǝri buna nümunǝdir. Nahaq yerǝ öldürülǝn, ǝmǝk düşǝrgǝlǝrinǝ sürgün edilǝrǝk oralarda can verǝn insanların qanı yerdǝ qalacaq deyildir. Rusiya imperiyası yenǝ Putin kimi bir rusun ǝliylǝ dağıdılır, dağılmağa da mǝhkumdur.

Ulu Tanrı xalqlarımızı vǝ bǝşǝriyyǝti ölmǝk üzrǝ olan rusun yönǝlǝcǝyi divanǝlikdǝn vǝ doymaq bilmǝyǝn xristian dünyasının dağıdıcı, qansoran iştahasından qorusun.

TƏQVİM / ARXİV