Rasim Nəbioğlunun ədəbi düşüncələri - Vaqif Yusifli yazır

VAQİF YUSİFLİ
5219 | 2023-02-09 11:20

Rasim Nəbioğlunun “Mədəniyyət, incəsənət, ədəbiyyat”adlı iki kitabdan ibarət məqalələr toplusu qarşımızdadır – təxminən 640 səhifəlik bu iki kitabda biz filologiya elmləri namizədi Rasim Nəbioğlunun 40 illik tədqiqatçı – ədəbiyyatşünas obrazını görə bilərikmi? Bu sətirləri həmin iki kitabı oxumamışdan öncə yazmışdıq. İndi isə mütaliəmiz başa çatdı.

Öncə oxuculara Rasim Nəbioğlunun kimliyi barədə bir neçə kəlmə.

Rasim Nəbioğlu Siyəzəndə doğulub. Elə orta məktəb illərində qət edib ki, gələcək həyatını ədəbiyyata həsr etsin. Çünki Hüseyn Cavidin əsərlərini məktəbli ikən oxumağa başlayıb. Sonralar elm aləminə gələndə namizədlik dissertasiyasını da Hüseyn Cavid yaradıcılığından yazıb. Rasim Xarici dillər Universitetinin ingilis dili fakultəsini bitirib, ingilis ədəbiyyatından tərcüməəri də var. 1982-ci ildən ta bu günə qədər AMEA-nın taleyini Ədəbiyyat İnstitutu ilə bağlayıb. Onun bir ədəbiyyatşünas-tənqidçi kimi səciyyələndiririk. Hər iki kitabda o, həm ədəbi-tənqidi yazılarıyla həm də ədəbiyyatşünaslıq məqalələri ilə diqqəti cəlb edir. Əlbəttə, burda ayrı seçkilik salmırıq, əslində, hər iki yaradıcılıq sahəsinin bir obyekti var: ədəbiyyat, ədəbi əsərləri təhlil etmək, onların mahiyyətini açıqlamaq, bədii dəyərini üzə çıxarmaq.

Rasim Nəbioğlu üçün mövzu məhdudluğu yoxdur. O, klassik ədəbiyyatdan da yazır, müasir ədəbiyyatdan da, folklordan da, estetikadan da, mədəniyyət və incəsənətin müxtəlif problemlərindən ayrı-ayrı sənətkarların həyat və yaradıcılığından, teatr tamaşalarından da qələm çalır. Bu onu göstərir ki, Rasim Nəbioğlu hərtərəfli tənqidçi-ədəbiyyatşünasdır. Onun “Klassika və müasirliyin ədəbi-elmi qovşağında” məqaləsi ilə söhbətə başlayarq.

Bu yazı böyül Azərbaycan tənqidçisi Məmməd Arifə həsr edilib. Rasim Nəbioğlunun portret yazılarına xas olan bir cəhət: əvvəlcə haqqında söz açdığı sənətkarın həyat yolu ilə bağlı müxtəsər məlumat gəlir, sonra isə onun ədəbi ya tənqidi fəaliyyətinin başlıca məqamlarına diqqət yetirilir daha sonra isə bu sənətkarın yaradıcılıq dünyası araşdırılır. Və sonda sənətkar haqqında ümumilləşdirici bir fikir: “Məmməd Arif yaradıcılığa M.F.Axundovdan başlayaraq F. Köçərliyə qədər və ondan XX əsrin 20-30-cu illərinə qədər təşəkkül tapıb inkişaf etmiş müasir Qərb tipli tənqid və ədəbi-nəzəri fikirlərimizin bu günlərə qədər gəlib çatmış ən yüksək nailiyyətlərinin bünövrəsini təşkil edir. Bu baxımdan Arif müəllim XIX-XX əsrlərin ədəbi-estetik ənənə və varisliyini təmin etmiş böyük mədəniyyət xadimidir. Görkəmli şairimiz Rəsul Rza olduqca dəqiq qeyd etmişdir ki, müasir ədəbiyyatımizin genuş üfüqlərdə qanad açmasında, məhəlli məhdudluq bəlasından azad olmasında Məmməd Arifion müstəsna rolu olmuşdur”.

Hər iki kitabda klassik ədəbiyyatla bağlı maraqlı, düşündürücü yazılarla qarşılaşırıq. Məsələn, “Füzuli lirikasında kamillik idealı” – bu yazı müəllifin qeyd etdiyi kimi Asif Əfəndiyev sayağı yazılmışdır. Yazıda kamillik idealı nə deməkdir sualına cavablar verili; həm də elə Asif Əfəndiyev sayağı... “Məcnun təkdir. Məcnun təkliyi kamil insanın qeyri – kamil dünyadakı təkliyidir. Məcnun bu dünyaya yaddır! Məcnun yadlığa qeyri-adiliyin adilikdəki yadigarıdır. Qeyslər çoxdur. Məcnun isə tək”.

Rasim Nəbioğlunun ən çox sevdiyi sənətkarlar var. Əlbəttə, lap başda Hüseyn Cavid dayanır. O, H.Cavidi təkcə Azərbaycan romantik dramaturgiyasının öncül nümayəndələrindən biri sayılır. Cavidin böyük türk istiqlal şairi Mehmed Akif Ersoy sənəti ilə müəyyən problemlərdə müştərəkliyi maraqlı bir yazıda əks olunur. “Mehmed Akif Ersoy türk ədəbiyyatında bir əxlaq və fəzilət timsalı, bir dini iman sənətkarı və bir milli həyəcan şairi kimi tanınmışdı. M.Arif yalnız şeirinin deyil, bəlkə dünya şeirinin ən üstün bir neçə mənzuməsini söyləyən şairdir”. Bəs onun H.Cavidlə hansı ədəbi bağlılıqlar birləşdirir? Rasim Nəbioğlu yazır ki, H.Cavid də “Maral”, “Şeyx Sənan”, “Topal Teymur”, “Peyğəmbər” kimi pyeslərində türk-islam ideologiyasını, turançılığı bədi-fəlsəfi cəhətdən obraz və lövhələrdə təqdim edirdi”.

Rasim Nəbioğlunun yazıları janr baxımından da diqqət çəkir. İcmal yazılar, məqalələr, poeziyyalar üstünlük təşkil edir. O, çap olunmuş elmi kitablar, həmçinin şeir və nəsr topluları haqda xeyli yazılar yazılmışdır.

Buraya onun yubiley yazılarını da əlavə etmək olar. Xalq yazıçısı Hüseyn Abbaszadənin “Çəmbərənkənd balladası”, Sabir Süleymanovun “Çinar kəhrizinin suyu”, “İslam Kərimin şeir dünyası” (“Gözündən üşüyən dodaqlar” kitabları haqqında) , və s. resenziyaları janrın tələblərinə uyğundur.

Mənim fikrimcə Rasim Nəbioğlunun ayrı-ayrı sənətkarlara həsr etdiyi yazılar daha maraqlı təsir bağışlayır. Onun Cəəfər Cabbarlıya, Mikayıl Müşfiqə, Ələkbər Salahzadəyə, Musa Yaquba, Fikrət Sadığa, prosessor Məhərrəm Qasımlıya həsr etdiyi portret yazılar həm üslubi baxımdan, həm də mövzunu əhatə etmək nöqteyi-nəzərindən diqqəti cəlb edir. Xalq şairi Cabir Novruzla bağlı yazıya portret janrının gözəl nümunəsi kimi yanaşırıq. Oxuyaq: “Cabir Novruzun poetik istedadı dünyanı və insanı bütün rəngarəngliyi və ziddiyyətləri ilə diymağa, qavramağa və dərk etməyə qadirdir. Onun yaradıcılığında biz tez-tez təmizlik, mərdlik, yaxşılıq, düzlük bütövlük və s. bu kimi fəlsəfi –estetik anlayışlarla üzləşirik.

Şair bu anlayışları mücərrədlikdən çıxararaq onların konkret – hissi obrazını yaradır və həyat, onun mənası, insan ömrü və onun dəyəri, bəşəriyyətin taleyi, insan və cəmiyyət, şəxsiyyət, zaman və c. problemlər üzərində oxucunu düşüncələrə sövq edir”.

Əlbətdə, Rasim Nəbioğlunun ədəbi düşüncələrini əks etdirən daha neçə yazıdan söz açmaq olar. Bir tənqidçi-ədəbiyyatşünas kimi ədəbi ictimaiyyətə də yaxşı tanışdır.

Təbii ki, bu iki kitabla bağlı iradım da var. Rasim Nəbioğlu ən kiçik, həm də məlumat xarakterli neçə-neçə yazılarına da bu kitabları daxil edib. Bəzi yazılarının isə “ Mədəniyyəy, İncəsənət, Ədəbiyyat” kitablarına heç bir dəxli yoxdur.

Rasim sənə uğurlar arzulayıram. Yaz, yarat, yorulma!

 

  • Oktyabr:
  • 4

TƏQVİM / ARXİV