adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşəcək

547 | 2024-05-02 12:24

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri Özgür Özel ilə görüşəcək.

Martda keçirilən yerli seçkidən sonra ilk təkbətək görüş Ədalət və İnkişaf Partiyasının Ümumi Qərargahında baş tutacaq.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan və Özgür Özel arasında daha əvvəl Ramazan bayramını təbrik etmək üçün telefon danışığı olub. Ən son isə aprelin 23-də Türkiyə Böyük Millət Məclisində digər siyasi partiyaların nümayəndələrinin də olduğu Mermerli Salonda baş tutan bayramlaşma tədbirində bir araya gəliblər.

Ərdoğan və Özel arasında görüşdə aktual mövzuların müzakirə olunacağı gözlənilir. Bu mövzular arasında yeni konstitusiya ilə bağlı məsələlər, iqtisadiyyat sahəsindəki yeniliklər, həmçinin Qəzzadakı vəziyyət və digər məqamların da olduğu bildirilir.

TƏQVİM / ARXİV