adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Rusiyanın Ukrayna üçün proqnozları: Deyəsən axı, səhv getdi? - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
2190 | 2023-05-26 10:04

Xatırlayırsınızsa, Rusiya Ukraynaya hücum edərkən belə bir açıqlama verdi ki, 48 saatdan sonra Ukrayna onlara təslim olacaq. Yəni, Ukrayna qüdrətli Rusiya Ordusunun qarşısında dayanmaq iqtidarında deyil. Həmin açıqlamadan 456 gün keçməsinə b axmayaraq Ukrayna hələ də Rusiyaya qarşı igidliklə döyüşür.

456 gündə Rusiya 204 760 hərbçi, 3792 ədəd tank, 7421 ədəd zirehli döyüş maşını, 3339 ədəd artilleriya sistemi, 570 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 327 hava hücumundan müdafiə sistemi, 309 ədəd hərbi təyyarə, 295 ədəd helikopter, 6146 ədəd avtomobil texnikası, 2871 ədəd PUA, 1015 qanadlı raket, 18 gəmi/qayıq, 440 xüsusi avadanlıq itirib.
Keçək , başqa bir mövzuya ...


Adalet.az xəbər verir ki, ötən gün Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev “böyük uzaqgörənliklə” proqnoz verib. Deyib ki, Ukraynanın dövlət kimi məhv olması qaçılmazdır, lakin bu da müxtəlif ssenarilər üzrə baş verə bilər:"Mən bu yaxınlarda yazmışdım ki, Ukrayna niyə yox olacaq. İndi Ukraynanın necə yox olacağını, eləcə də Avropada və dünyada münaqişənin yenidən alovlanması riskinin nədən ibarət olduğunu söyləməyin vaxtıdır. Bu, müharibədə məğlub olmuş dövlətin parçalanmasının hansı yolla gedəcəyindən asılıdır".
Hətta Medvedyev ukraynanlılara olan öfkəsini də proqnozuna daxil edərək Ukraynanın məhvinin iki yolunu açıqlayıb:"Ya dövlət suverenliyinin qalan elementlərinin tədricən itirilməsi ilə Ukrayna dövlətçiliyinin nisbətən ləng eroziyası... Ya da bütün dövlətçilik əlamətlərinin eyni vaxtda məhv edilməsi ilə onun ani dağılması".


Düşünürəm ki, Medvedyev bu açıqlamanı verəndə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun hansı işlə məşğul olduğundan xəbəri olmayıb. Qubernator Rusiyanın Belqorod vilayətində davam edən hərbi əməliyyatlarla əlaqədar olaraq, 9 yaşayış məntəqəsinin sakinləri köçürülməsini həyata keçirirmiş və elə proses gedə-gedə mediaya belə bir xəbər verib:"Qrayvoron, Novostroevka, Qorki, Qorkovski, Bezımeno, Mokraya Orlovka, Qlotovo, Podil dağı, Zamostye, Spodaryuşenonun sakinləri köçürüldü".


Yazını hazırlaya-hazırlaya qəflətən bir lətifə həm yadıma, həm də yerinə düşdü.


Deməli, bir gün bir möminlə bir avara məscid də bilyard oynayırlar. Avara şarı luzaya vurmaq istəyəndə şar borta dəyib luzadan yayınır bu zaman avara “axx əclaf, səhv getdi” deyir. Mömin dərhal dillənir ki, a kişi o nə sözdü deyirsən bura Allahın evidir burda söyüş söymək olmaz. Avara üzr istəyir başlayır yenidən vurmağa, şarı vurur şar yenə luzaya düşür, avara yenə əsəbləşir yenə də “axx əclaf, yenə səhv getdi” deyir. Mömin yenə onu tənbeh edib deyir ki, bura Allahın evidir burda söyüş olmaz. Avara yenə də üzr istəyib oyunu davam edir. Bu dəfə də avara şarı luzaya sala bilmir, dərhal yenə də “axx əclaf, səhv getdi” deyir. Bu zaman göy guruldayır, məscidin tavanı acılır, ildırım çaxır və bu ildırım mömini vurur. Avara təəccüb edərək başını qaldırır yuxarı deyir: “Ay Allah bu nə hikmətdi, söyüş söyən mən ildırım məni yox onu vurdu?”
Bu zaman yenə də göy guruldayır məscidin tavanı acılır və yuxarıdan səs gəlir-"axx əclaf, səhv getdi.”


İndi , cənab Putin və cənab Medvedyev, deyəsən, nəsə “ səhv getdi”.


Əntiqə Rəşid

TƏQVİM / ARXİV