adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

"Sabah müharibə olsa, ən qabaqda, birinci özüm gedəcəm" - İlqar Rəsul yazır

İLQAR RƏSUL
59620 | 2020-07-27 11:32
İllər əvvəl idi. Cəlil Cavanşir lə bir rayona, dostumun yanına getmişdik. Bir gün qaldıq, səhəri Cəlillə və dostumla birgə getdik (həmin rayonda) yaxın qohumumun xidmət etdiyi hərbi hissəyə. Qohuma dəydik, icazə alıb gəzdirdik- filan, gətirib hərbi hissəyə qoyduq. Komandiri görüb təşəkkür etmək istədik yerində olmadı. Dedilər postlara qalxıb, birazdan qayıdacaq. Qayıdanda yolda düşüb restoranda çörək yeyəsi olduq. Qalxmağa az qalmış təsadüfən həmin hərbi hissənin komandiri gəlib çıxdı ora. Polkovnik Polad Həşimov. Dostumla tanış idi deyə gəlib bizimlə oturdu. Mənə bir xeyli dostumu təriflədi. Axırda dedi ki:

"Bax müəllim, sabah müharibə olsa, ən qabaqda, birinci özüm gedəcəm. Tam əminliklə deyirəm ki, çevrilib geri baxanda arxamda sənin bu dostunu görəcəm. Çünki qeyrətinə bələdəm, kişi adamdı. İndi o da mənə deyir ki, sən İlqar Rəsul onun böyüyü sayılırsan. Demək ki, sən də bizim adamsan. Nə sözün, qulluğun var, mən hazır".

Mən tanışlığımıza şad olduğumu bildirdim, təklifi üçün ona minnətdarlıq elədim. Can sağlığı, nailiyyətlər arzuladım...

O gündən sonra bir də Polad Həşimovu görmədim. Heç general olduğunu da bilmirdim düzü. Şəhid olduğundan xəbər tutanda çox pis oldum, amma düzü, çox təəccüblənmədim.

Çünki həmin vaxt "sabah döyüş olsa qabaqda özüm gedəcəm" deyəndə onun gözlərində qeyri-adi bir parıltı görmüşdüm. O qədər ürəkdən, o qədər əminliklə danışırdı ki, həmin an gözlərinin içində müharibə gedirdi sanki...

RUHU ŞAD OLSUN !


TƏQVİM / ARXİV