adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Sabir Rüstəmxanlı, olduq 201 - Nicat Novruzoğlu yazır

NİCAT NOVRUZOĞLU
57444 | 2021-08-10 11:29

Xalq şairi Sabir Rüstəmxanlı  200 nəfər kişinin adından Heydər Əliyev adına Beynəlxalq Hava limanında baş verənlərə bağlı  etiraz mesajını yazdıqdan sonra düşündüm ki, məndə gərək bu hava limanı barədə şahidi olduğum bir məsələni guppuldadım.

Təxminən 1 ay olar ki, getmişdim limana. Türkiyədən qonağımız gəlirdi. Bir az vaxtından əvvəl getmişdim. Yol boyu məlum isti iqlim ucbatından o qədər maye qəbul etmişdim ki, limana çatanda artıq təbii ehtiyacım yarandı. Həyətə daxil olduqdan sonra yaxınlaşdım limanın binasına. Məlum oldu ki, içəriyə ancaq bileti olanları buraxırlar. COVİD 19 ucbatından. Mühafizəçiyə dedim ki, bəs vəziyyət belədi, gərək mən içəri daxil olam. Sizin limanın ayaqyolusundan istifadə edəm. Ağzımda maska, cibimdə şəxsiyyət vəsiqəm olsa da mühafizəçi məni içəri buraxmadı. Dedi ki, biletsiz icazə yoxdu. 

Soruşanda ki, “bəs mən hara yaxınlaşım?” bildirdi ki, burda başqa ayaqyolu yoxdu. Və özümüz sayağı bir məsləhət də verdi keç maşınların arasına. Bir az gülüşdük. Amma söhbət gülməli deyilmiş. Həqiqətən o boyda limanın ərazisində bir dənə də olsun ayaqyolu yox imiş. Mühafizəçi növbəti məsləhəti isə bu oldu ki, yaxınlaş “turniketə” (limanın ilk giriş qapısından girəndə avtomobillər üçün  park kartı götürdüyümüz yeri nəzərdə tuturdu) orda var. Etməyib tənbəllik (edədə bilməzdim) getdim turniket adlanan yerə. Orda mühafizəçi bildirdi ki, “düzdür burada ayaqyolu var, amma, sizi ora buraxa bilmərəm. Kamera çəkir. Bura ancaq işçilər üçündür. Məni işdən qovarlar”. Uzun narahatçılığın qısası birtəhər vəziyyətdən çıxdım. Amma mən heyrətə gəldim. Bir belə pul xərclənib tikilən o boyda hava limanının həyətində bir ayaqyolu tikməyiblər ki, camaat bunlara söyməsin. 

Hər nəysə, xalq şairinin yazdığı “Belə şərəfsizlik, belə qanunsuzluq olar? Niyə xalqın əsəbləriylə oynayırlar?” fikirlərini mən də dəstəkləyirəm. 

Olduq 201.

TƏQVİM / ARXİV