Şabran çayında batan 2 nəfərin kimliyi məlum oldu -YENİLƏNİB

500 | 2025-04-17 11:25

Aprelin 16-da Şabrançayın Şabran rayonu, Xəlifələr kəndindən keçən hissəsindəbatan 2 nəfərin kimliyi müəyyənləşib.

Adalet.az xəbər verir ki, 59 yaşlı Şirvan şəhər sakini Məmmədov Nurməmməd Qəhrəman oğlu və 63 yaşlı Salyan rayon sakini Nağıyev Etibar Hafiz oğlunun meyitləri FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.

 

***

Aprelin 16-da Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Adalet.az FHN-ə istinadən xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.

TƏQVİM / ARXİV