Xaçmazda bataqlıqda boğulan yeniyetmənin meyiti tapılıb.
Adalet.az xəbər verir ki, 15 yaşlı Bağırov Elçin Elman oğlunun cansız bədəni şəhər satlarında bataqlıqdan tapılaraq aidiyyəti üzrə təhvil verilib.
E.Bağırov Niyazabad kənd tam orta məktəbinin IX sinfində təhsil alırdı. Aprelin 17-də məktəblinin 15 yaşı tamam olub.
Faktla bağlı araşdırma aparılır.
***
09:01
Gecə saatlarında Xaçmazda 15 yaşlı yeniyetmə bataqlıqda batıb.
Adalet.azxəbər verir ki, rayonun Niyazabad kəndində 15 yaşlı yeniyetmə Bağırov Elçin Elman oğlu bataqlığa düşüb.
Hadisə o öz atı ilə mal-qara axtararkən baş verib. Yeniyetmənin axtarışlarına FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.