Sakinlərdən qanunsuz saxlanılan odlu silahlar GÖTÜRÜLDÜ

880 | 2024-10-14 19:26

Cəlilabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb.

Adalet.az xəbər verir ki, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən profilaktiki tədbirlər davam etdirilir.

Keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində 3 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

TƏQVİM / ARXİV