adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Samir Şərifov: Hökumət dəmir yolu infrastrukturu üçün AİB-dən vəsait cəlb edə bilər

1335 | 2024-05-04 20:28

Asiya İnkişaf Bankından dəmir yolu nəqliyyatı infrastrukturunun təkmilləşdirilməsi, rəqəmsallaşdırılması və bu proseslərin idarə olunması üçün müəyyən layihələrdən ötrü maliyyə vəsaitlərinin cəlb edilməsi gözlənilir.

Bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov AİB-in Gürcüstanın paytaxtı Tbilisidə keçirilən illik iclası çərçivəsində “Report”un sualını cavablandırarkən bankla 2024-2028-ci illər üçün yeni tərəfdaşlıq strategiyasını şərh edərkən deyib.

“Azərbaycan və AİB arasında həyata keçirilən layihələr bir sıra sektorları əhatə edir. Bunlara ictimai nəqliyyat və infrastruktur layihələri daxildir”, - nazir bildirib.

S.Şərifov Trans-Adriatik qaz kəmərinin genişləndirilməsi layihəsinin gedişatından da danışıb: “Biz bir dövlət olaraq bu qaz kəmərinin genişləndirilməsi istiqamətində vəsait cəlb etmək üçün danışıqlarda o qədər də fəal iştirak etmirik. Zəngin səhmdarlar layihə üzərində işləyir və onlar hökumətin iştirakı olmadan lazımi vəsaiti özləri toplaya biləcəklər".

TƏQVİM / ARXİV