Sel suları Ağsuda yolu dağıtdı

657 | 2025-04-16 17:29

Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları rayonunun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Adalet.az-a bildirilib ki, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb. Əraziyə polis, digər aidiyyəti qurumların əməkdaşları və texnika cəlb olunub.

Yolun açılması istiqamətində işlər görülür.

TƏQVİM / ARXİV