Son sutkada Qəzzada 82 nəfər həyatını itirib

95 | 2025-07-07 09:04

Ötən sutka ərzində İsrail ordusunun Qəzzaya endirdiyi zərbələr nəticəsində 80-dən çox fələstinli həlak olub.

Adalet.az xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" telekanalı məlumat yayıb.

    Qeyd olunur ki, iyulun 6-da bölgədə ən azı 82 nəfər ölüb.

    Onlardan 39-u Qəzza şəhərindəki Şeyx-Rədvan rayonuna endirilən zərbə nəticəsində həlak olub.

    Bundan başqa, dağılan binaların altında qalanlar, o cümlədən uşaqlar da var.

    • Iyul:
    • 4

    TƏQVİM / ARXİV