Yeni təyin edilən rektor kimdir? - DOSYE

348 | 2025-07-07 14:56

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Nazim Adil oğlu Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin edilib.

Adalet.az-ın məlumatına görə, 53 yaşlı Nazim Pənahov Azərbaycan Tibb Universitetində çalışırdı. O, 2024-cü ilin oktyabr ayından tədris işləri üzrə prorektor idi.

N.Pənahov 2016-cı ildən 2024-cü ilədək Azərbaycan Tibb Universitetinin Elmi katibi vəzifəsində çalışıb. Həmçinin, səhiyyə nazirinin 11 mart 2019-cu il tarixli əmri ilə nazirliyin baş stomatoloqu vəzifəsini tutur.

Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2021-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adına layiq görülüb.

  • Iyul:
  • 4

TƏQVİM / ARXİV