adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Şükr ki, Slavik kimi həmyerlilərimiz var - Eminquey yazır

EMİNQUEY AKİF
950 | 2022-09-02 11:27

Azər Qəribin bir paylaşımına rast gəldim.

“Deyirəm dünyanın işinə bir bax.

Gəzirəm Qərbi Berlinin yaşayış məhlələri ilə, Paris küçəsi filan, ahəstə həyat, quşlar cəh-cəh, birdən gözüm vitrində bir rəsm işinə sataşdı, qaqaş skripkanı ağladırdı.

Nəsə gözüm tutdu bu rəsmi, dedim girib qiymətini soruşacam.

Nəticədə nə?

Sahibi bizim həmyerlimiz çıxdı, Slavik Yakubov, 80-ci illərdə buralara köçən yahudilərdən.

Həm söhbətləşdik, həm də yaxşı endirim etdi”.

Paylaşımı oxuyandan sonra mənim də içimə qərib(ə) bir fərahlıq doldu. Çünki bundan az əvvəl bir videoda Türkiyədə ağzının danışığını bilməyən bir xalanın “yaltaq”lığının şahidi olmuşdum. Bu xala azərbaycanlı idi, bəli, bizdən biri.

Şükr ki, Slavik kimi həmyerlilərimiz var, tarazlıq az da olsa qorunur.

 

TƏQVİM / ARXİV