Süni intellektin gücü insanlığı məhv edə bilərmi? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
599 | 2024-04-02 09:40

Amerkalı milyarder və iş adamı İlon Maks, Los-Ancelesdə keçirilən seminarda bəyan edib ki, Süni intelektin inkişafının insanlığı məhv edə bilməsi yalnız 10-20 faiz səviyyəsində ola  bilər.

"Mən hesab edirəm ki, süni intellektin yer üzərində insanlığı məhv etmək üçün bəzi imkanları ola bilər. Mən, süni intellekti araşdıran bitaniya-kanadalı alim Ceffri Xintonun fikirləri ilə razıyam ki, bu gümanın özünü doğrulda bilməsi hardasa 10-20 faiz ola bilər"- deyə Mask bildirib. 

Biznesmen, bununla yanaşı hesab edir ki, hər bir halda bu texnologiyanın inkişafı ilə məşğul olmağa dəyər. Çünki, məsələdə pozituv ssenari, neqativ ssenarini üstələyir.

Süni İntellekt sahəsi üzrə İnformasiya təhlükəsizliyinin araşdırıcısı,  Luisvill Universitetinin nəzdində kibertəhlükəsizlik lobaratoriyasının direktoru Roman Yampolski isə, "Business İnsider"ə müsahibəsində bəyan edibdir ki, bu texnologiya həqiqətən insanlığın məhvinə gətirib çıxara bilər. Lakin Maks onun mümkünlüyünün yalnız 10-20 faiz təşkil edə  biləcəyini söyləməklə  səhv edir. Əslində bu texnologiyanın inkişafı insanlığl 99,99999 faiz məhv edə bilər.

İlon Maks daha əvvəl də bəyan etmişdi ki, 2025-ci ildə süni intellekt yer kürəsində istənilən insandan ağıllı olacaq. 2029-cu ildə isə o, intellekt cəhətdən bütün insanları ötüb keçəcək.

İlon  Maks hələ mart ayının 1-də, OpenAİ şirkətinə və onun baş direktoru Sem Altmana qarşı məhləmə qarşısında iddia qaldırıb. Biznesmenin fikirincə, bu şirkət ilkin açıq nəticə kodunun layihəsi ilə bağlı qeyri kommersiya missiyasınından imtina edib. Microsoft, OpenAİ kimi Amerikan korporasiyaları tərəfindən maliyələşməsinə rəğmən öz qiymətini aşağı salır.

Milyarder buna qədər də, müxtəlif şirkətlərin  işlərini  tənqid etmişdi. Hələ fevral ayında Google şirkətini Gemini neyroşəbəkəsinin proqlramlaşdırılmasında rasizmi təbliğ etməkdə günshlsndıtmışdı.

Maks "Telepatiyanı" aktivləşdirir: İlk dəfə olaraq insan beyninə neyroçip yerləşdirilib. Eksperlər hesab edirlər ki, artıq 3-5 ildən sonra, bioxaker implantları cəmiyyət üçün adi normaya çevriləcək.

 

  • Sentyabr:
  • 20

TƏQVİM / ARXİV