Şuşa iki ilə yaxındlr bizdədir. Fəqət biz hələ də Şuşada deyilik. Məhz Qarabağ məsələsinə, Qarabağ siyasətinə Şuşadan baxan zaman biz Şuşada olacağıq. Hələ ki, Şuşada başı havalı gəzişirik. Biz çoxluq olaraq Qarabağ siyasətinə hələ də Şuşadan deyil, Harami düzündən baxırıq.
Bu səbəbdən də belə böyük bir qələbəni halallaşdıra bilmirik. Harami düzündən üzü yüksəkliklərə doğru baxanda qələbədə haramlıq axtarma vərdişi yaranır. Yaxşı ki, bu qələbəni addım-addım halallaşdıran komutan və əsgərlər çoxluğun mühakiməsi ilə davranmır. Təkcə qalibiyyət görməmişliyi olmur, həm də məğlubiyyət görməmişliyi olur. Otuz ilin məğlubiyyət görməmişləri ürəklərinin dərin guşəsində gizlətdiyi məğlubiyyəti görməmişcəsinə qorumağa çalışırlar. Onlar xəyalən Ukraynada döyüşürlər, Gürcüstanda demokratiya qururlar, Rusiyada imperiyanı dağıdırlar və realən Vətən torpağının metrə-metrə necə qaytarıldığını görmürlər. Bu gün Azərbaycanda böyük qələbəyə Harami düzündən baxan qələbəliyin səs-küyündən Şuşa zirvəsindən baxan azlığın çağırışları zəif eşidilir. Bəlkə də belə yaxşıdır. Dünyanın qulaqlarının səs-küylə dolduğu vaxtda ayının pəncəsindən, şirbalanın, çaqqalın dişlərindən Laçını ağılla qaytarırıq. Allahı sevərsiniz, ağılla davam edən qələbəmizə Harami düzündən söylənən nağılınızı dürtüşdürməyin. Vətən nağılla, şeirlə azad edimir.
Gec qayıtsan da, bir də solmağa qoymayacağlq səni Laçın! Qarabağa Şuşadan baxanlar deyir bunu. Məğlubiyyət görməmişləri deyil, qələbə görmüşləri deyir bunu! Xoş gəlirsən Laçınım!