Atsın, atmasın... -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1013 | 2024-05-29 19:04

Avropa və ABŞ Ukraynanı açıq şəkildə çıxılmaz vəziyyətdə  qoyub

 Qərb dölətlərinin bir yarısı Ukraynaya Rusiya ərazilərinə zərbə endirməyə icazə verilməsini, digər yarısı isə icazə verilməməsini təkid edirlər. 

  Polşa müdafiə nazirinin müavini Sezari Tomçik bəyan edib ki, Polşa hökuməti Ukraynaya verdikləri silahlardan Rusiya ərazilərində istifadə edilməsinə heç bir məhdudiyyət qoyulmayıb.

 "Ukraynaya verdiyimiz Polşa silahlarından, ukraynalılar istədiyi kimi istifadə edə bilərlər"- deyə Tomçik Radio Zet radiostansiyasına verdiyi müsahibəsində bildirib.

  Müdafiə nazirinin müavini  digər ölkələri də, Ukrayna hərbi qüvvələrunə bununla bağlı tədbiq etdikləri məhdudiyyətləri ləğv etməyə çağırıb. 

 Avropa İttifaqı xarici diplomatiyasının rəhbəri Cojep Borell də, daha əvvəl bəyan etmişdi ki, Ukrayna ona verilən silahlardan Rusiya ərazilərində yerləşən hərbi obyektlərə zərbə endirmək hüququna malikdir. 

  Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ilk dəfə olaraq, Ukraynanın Rusiya ərazilərindəki hərbi obyektlərə zərbələr endirmısinə icazə verildiyini bəyan edib.

 ABŞ dövlət katibi Entoni Blinken isə əksinə, bildirib ki, Vaşinqtonun Ukraynaya verdiyi amerkan silahlarından Rusiya ərazilərində istifadə edilə bilməz. 

  NATO-nun baş katibi Yens Stoltenberq, alyans ölkələrini Ukraynaya Rusiya ərazilərini bombalamağa icazə verməyə səsləyib. 

Yazlq Ukrayna hazırda iki daşın araslnda qalıb. Biri deyir atsın, biri deyir yox atmasın. Atsa, ABŞ və Qərbin aparıcı dövlətlərinin köməyindən məhrum olmaq təhlükəsiylə üzləşəcək, atmasa da, atsın deyən ölkələrlə üz-göz olacaq...

 

TƏQVİM / ARXİV