Quşlar da insanları sevir... - Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
443 | 2024-09-25 16:29

Bütün canlılarda həyat eşqi, sevgi var. Əgər bir canlının ürəyi, qəlbi varsa, deməli o ürəkdə sevgi də var, məhəbbət də! Quşların da ürəkləri var. Və onlar bir - birini sevməklə yanaşı, həm də insanları çox istəyirlər...

İstəyirsiniz bir hadisə danışım, görün onların nə  boyda ürəkləri var.Deməli, belə! Yaxın dostum Emin Eminbəyli İsmayıllının Buynuz  kəndində yaşayır. Özü də təbiət vurğunudur. Buynuz da bir Buynuzdur, ha! Elə bil ki, Cənnəti xatırladır.Emin dostumuz da  Cənnəti qoyub, bu tozlu- torpaqlı, küləkli, maşın əlindən tərpənmək mümkün olmayın  Bakıya gəlmək istəmir.Lap düz də eləyir. Nə isə...

Emin deyir ki, hər səhər  yemək yeyəndə bir bülbül gəlib  masanın üstünə qonur. Və diqqət onun   yemək yeməyinə baxır. Bir gündən sonra ona da yemək hazırlayıb masanın üstünə qoyur. Və Emin müəllim yemək yeyən kimi, bülbül də yemək yeyir. Bir gün dostumuza zəng edib, hal- əhval tutdum. Dedi ki, yaxşıyam, səhər yeməyini yemişəm, bülbülün də yeməyin masanın üstünə düzmüşəm.  İndi  gözləyirəm ki, bülbül gələcək. Heç iki dəqiqə keçmədi ki, bülbül gəldi və masadakı yeməyi yedi...      

Bax bir ildir ki, Buynuzda  Emin Eminbəyli ilə bülbülün dostluğu davam edir.Və hər səhər onlar beləcə görüşürlər. Quşlar insanın onlara verdikləri bir tikə çörəyi heç vaxt unutmurlar, amma insanlara nəinki yemək, canını fəda edirsən , bir qara qəpiyə dəymir. Bu quşların insanlara olan sədaqəti, bu da insanların bir-birinə xəyanəti!

  • Oktyabr:
  • 4

TƏQVİM / ARXİV