Mopedlər ölüm saçır

146 | 2024-10-19 15:47

Bu gün Bakıda və ölkəmizin  digər şəhər, qəsəbə, kəndlərində çoxlu sayda  mopedlər, motosikletlər  fəaliyyət göstərir.

Demək olar ki, onlara idarə edənlərin  çoxu yol hərəkəti qaydalarını pozur və digər  hərəkət  iştirakçılarının həyatı üçün təhlükə yaradırlar. Son vaxtlar həmin nəqliyyat vasitələrinin iştirakı ilə Bakıda bir neçə ölümlə nəticələnən ağır qəzalar baş verib. Yol polisinin  keçirdiyi tədbirlər nəticəsində bu cür qanunu pozan sürücülərin idarə etdiyi moped və motosikletlər onların əlindən alınıb, duracağa qoyularaq  inzibati məsuliyyətə cəlb ediliblər.

Amma buna baxmayaraq, bu gün də Bakıda  həmin sürücülər qanunları pozmaqda davam edir.Məsələn, oktyabrın 19- da saat  10: 30- da Yeni Günəşli yaşayış sahəsinin avtomobil yollarında bir moped sürücü yolun əks  istiqamətdə  hərəkət edirdi. Bu da digər sürücülər üçün təhlükəli anlar yaşadırdı.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli deyir ki, yol polisi motosiklet və moped sürücülərinə qarşı son vaxtlar mübarizəni daha da  gücləndirməyə  məcbur olub, çünki digər hərəkət iştirakçıları onların fəaliyyətindən çox narazıdırlar. Ona görə də yol hərəkəti qaydasını pozan heç bir sürücü məsuliyyətdən yayına bilmir. Və biz bundan sonra da  belə sürücülər qarşı mütəmadi mübarizə aparacağıq!

Emil Faiqoğlu        

TƏQVİM / ARXİV