Həkimlər deyirlər ki, insan səhhəti üçün ən yaxşı yağ zeytun yağıdır.
Və bu yağ həm ürək, həm də mədə- bağırsaq üçün daha əlverişlidir. Üstəlik də , bu yağda xolesterin də azdır.Amma indi gəlin görək ölkəmizdə təmiz sağ tapmaq olurmu?!.Əlbəttə, bu suala birmənalı cavab vermək mümkün deyil.
Heç təmiz zeytun yağını tapmaq elə də asan deyil. Mağaza və marketlərdə satılan xaricdə və ölkəmizdə istehsal olunmuş zeytun yağının təmizliyinə bir o qədər də inanmaq olmur.
Mütəxəssislər deyirlər ki, bu məhsullar bir çoxu ya keyfiyyətli deyil, ya da başqa yağlarla qarışdırılır. Kərə yağı adı ilə satışa çıxarılan yağlar da lazımi keyfiyyətdə deyil. Hətta xaricdən ölkəmizə ixrac olmuş məşhur kərə yağlar da normal standartlara cavab vermir. Bazarlarda isə vəziyyət bir qədər də pisdir. Burda nehrə yağı adı ilə satılan yağlar da təmiz deyil! Bax belə olanda adam bilmir təmiz məhsulu hardan tapsın. İndi nə bazarlara, nə də marketlərə etibar qalıb.
Emil Faiqoğlu