Türk Dünyasının Tanınmış Alimi Aygün Attarın Doğum Günüdür

699 | 2025-04-16 14:18

Bu gün Azərbaycanın haqq səsini beynəlxalq aləmdə layiqincə təmsil edən, Türk Dünyasının nüfuzlu simalarından biri, TADİV başqanı, professor Aygün Attar Həşimovanın doğum günüdür.

Azərbaycan ictimaiyyətində böyük rəğbətlə qarşılanan və daim təvazökarlığı ilə seçilən Aygün xanım, Türkiyədəki fəaliyyətində hər zaman Azərbaycanı ləyaqətlə təmsil etmiş, soydaşlarımızın üzləşdiyi çətinliklərin həllində yaxından iştirak etmişdir. Əslən Qubadlı rayonundan olan Aygün xanım, Birinci Qarabağ müharibəsinin igid komandirlərindən mərhum Adil bəyin və döyüşçü Aqil bəyin bacısıdır. Onun böyük bacısı Sona xanım Həşimova isə 20 Yanvar faciəsindən sonra Moskvada Mixail Qorbaçovun uzatdığı əli “Bu əldə millətimin qanı var” deyərək sıxmaqdan imtina etmişdir. Bu ailənin milli ruhu və mübarizlik ənənəsi, Aygün xanımın fəaliyyətində də aydın şəkildə öz əksini tapır.

Professor Aygün Attarın rəhbərlik etdiyi TADİV ilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi arasında tərəfdaşlıq memorandumu imzalanmışdır. O, şəhid ailələrinin və qazilərin problemləri ilə daim maraqlanır, onlara mənəvi dəstəyini və dəyərli
tövsiyələrini əsirgəmir.

Aygün xanımın əldə etdiyi mükafatlar, fəxri adlar və təltiflər onun elmi və ictimai fəaliyyətinin bariz nümunəsidir – bunları sadalamaqla bitməz.Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi və vetennamine.az saytının kollektivi adından Aygün xanımı doğum günü münasibətilə səmimiqəlbdən təbrik edir, ona bu şərəfli missiyasında yeni uğurlar arzulayırıq.

Uğurlarınız daim sizinlə olsun, Aygün xanım!

 

Hörmətlə:

Mehdi Mehdiyev

Aris Məmmədov

Əvəz Səfərov

TƏQVİM / ARXİV