Motosikletçilər  "avtoş" luq  edirlər

112 | 2025-04-25 15:26

Biz çox müxtəlif markalı avtomobil sürücülərinin " avtoş" luq elədiyini görmüşdük, ancaq təəccüblənməmişdik. Heyrətlənməmişdik  ki, onlar   bir - biri ilə ötüşəndə  bu avtomobilləri iki təkəri üstə sürür, qəfil əyləci basmaqla  tükürpədici  səslər  çıxır.

Amma motosiklet sürücülərinin bir - biri ilə ötüşdüyünü  gördük və təəccübləndik!  Təəccübləndik  ki, bunu da gördük. Deməli belə. Bir neçə gün bundan əvvəl Bakının Suraxanı rayonu, Yeni Günəşli yaşayış sahəsinin  Mürsəl Kazımlı  küçəsində ( bu yol 33-cü  Polis Bölməsinə kimi uzanır)  üç motoskletçi bir- biri ilə ötüşürdü. Düşünmürdülər ki, qəfil qarşılarına piyada  çıxar  və onu vura bilərlər. Motosikletlərin   səsi hər tərəfi bürümüşdü. Bir motoskletçi isə o birilərindən fərqli olaraq bir neçə saniyə nəqliyyat vasitəsini tək təkər üştündə  idarə  edirdi. Yol polisi əməkdaşları çox vaxt bu yolda xidmət aparır, amma təəssüf ki, həmin an onlar yox idi.

Elə bundan da istifadə  edən motosikletçilər  " avtoş" luq eləməkdən  çəkinmirdilər.  Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi, eləcə də  Suraxanı rayonu Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi adını çəkdiyimiz Mürsəl Kazımlı  küçəsində profilaktik tədbirlər keçirsə, heç şübhəsiz onların avtoxuliqanlığını aşkar edər.

Üstəlik də həmin küçədə bir neçə yerdə kameralar  var və kameralara  baxılsa, motosikletçilərin  bütün hərəkətlərini görə bilərlər. Əlbəttə, " avtoş" luq edənlər həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə qarşısında qoyur.Ona görə də bu məsələyə yol polisi diqqət yetirməlidir!!!

Emil Faiqoğlu      

TƏQVİM / ARXİV