Ölürük ey, qiybət üçün - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
152 | 2025-05-10 19:29

Bizim millətin çox şeydən xoşu gəlir, amma qiybətdən lap xoşu gəlir! Bəlkə də kimlərsə, dediklərimlə razılaşmayacaq. Bunu da , qəbul eləyirəm. Ancaq onu qəbul eləmirəm ki, iki adam bir yerdə olan kimi, çox vaxtı üçüncünün  qiybətini eləyirlər. Bu qiybet ki,lap pis vərdişdi. Məsələn, siqaret çəkmək, araq içmək kimi pis bir şeydi.

Amma pis şey olduğunu bilə- bilə bəzi insanlar bu vərdişdən əl çəkə bilmir. Bir dəfə  qiybət eləyən bir adama iradımı bildirdim. Dedim ki, əllidən çox yaşın var, ancaq yenə qiybət eləməkdən əl çəkmirsən. O, nə desə, yaxşıdı? Dedi ki, mən uşaqlıqdan bu qiybətə öyrəşmişəm, nə qədər istəsəm də, tərgidə  bilmirəm. Bilirəm, ey günah eləyirəm, lakin bir gün qiybət eləməsəm, ürəyim partlayar!  

Nə isə... Bax görürsünüz belə də adamlar var!  " Qurani- Kərim" də bir ayədə buyurulur ki, qiybət eləyən adama o dünyada əziz qardaşının ətini yedizdirirlər. Əgər əziz qardaşınızın ətini yemək istəyirsinizsə, onda nə qədər istəyirsiniz qiybət qırın. Bir tanınmış adam var, gördüm ki, ona yaxşılıq eləyən , çətin gündə arxasında duran, hətta onun uşaqlarını da bağçaya aparan adam haqqında qiybət edir.

Özümü saxlaya bilməyib dedim ki, a kişi, axı o adam qardaşının eləmədiyi yaxşılığı  edib. Bəs utanmırsan, indi onun qiybətin edirsən?Mənim bu yanaşmamdan elə bil, deyəsən, utandı. Və söhbətini yarımçıq saxladı.Sözün düzü, mən də əsəbləşib,  sağollaşmadan oradan uzaqlaşdım. Kimsə qiybət edirsə, ona qulaq asan adam da  eyni günahın sahibi olur.

Ona  görə də , qiybət eləyən adamlardan uzaq olun. Əgər o, sənin yanında başqasından qiybət qırırsa, əlinizin içi kimi, bilin ki, siz gedən kimi, sizdən qiybət edəcək!!!

TƏQVİM / ARXİV