adalet.az header logo
  • Bakı -°C

 Sınıqçı Əkbər  - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
250 | 2026-01-27 16:18
A- A+

... Kim nə deyir , desin xalq təbabəti  həmişə olub və olacaq da! Çünki insanların inandığı və güvəndiyi bir şey var! Onun adı isə bellədir: xalq təbabəti!  Heç kimə sirr deyil ki, bir adamın ayağı, qolu sınanda ya travmatoloqa, həkimə, ya da sınıqçıya üz tutur. Xüsüxən də deyilən yerlərdə buraxılma, çıxıq olanda həkimdən çox insanlar sınıqçının yanına gedirlər.

Və bu da təbiidir.Ən azından ona görə ki, tanıdıqları sınıqçı onları çətin durumdan dəfələrlə xilas edib. Daha doğrusu, onun yanına gəlinləri inandırmağa bacarıb. Heç kim kor- təbii yaxşı tanımadığı sınıqçının yanına gedən deyil!.  Mən bir neçə  sınıqçı tanıyıram və onların heç biri ən məşhur travmatoloqdan geri qalan deyil.Məsələn , Füzulidə rəhmətlik Cümşüd kişi, oğlu , Əslən Zəngilandan olan Əjdər müəllim və çoxdan tanıdığım , gözəl insan əslən qərbi Azərbaycandan olan Əkbər  qardaşımız! Cümşüd kişi çoxdan rəhmətə gedib və yeri Cənnət  olsun!Yadımda qalan odur ki, bir dəfə rəhmətlik atam idarə etdiyi " Pobeda" da qəzaya düşmüşdü .

Onu evimizə gətirdilər və belinin ağrısından tərpənə bilmirdi. Rəhmətlik Hüseyn əmim gedib Merdinlidən Cümüşüd kişini gətirdi.O da atamın belinə müəyyən bir məlhəm qoydu və bir aydan sonra o, sağaldı. Hansı ki, rayonun travmatoloq belə yaxşı müalicə edə bilmirdi və ona görə də , camaatın sınıqçı  Cümşüdə böyük inamı vardı. Və Füzulidə hər hansı adam çətinə düşən kimi onu axtarırdı.

Çünki travmatoloqun da səhvini Cümşüd kişi düzəldirdi... Yeni  Günəşlidə də məşhur bir sınıqçı var - Əkbər kişi! Sınıqçı kimi də, insan kimi də tayı - bərabəri yoxdu. Bu yaxınlarda nəvəmin ayağı burxulmuşdu. Elə o vəziyyətdə də işə , ordan da universitetə getmişdı. Axşam evə qayıdandan sonra gördük ki, ayağı şişib. Vaxt itirmədən sınıqçı Əkbər qardaşımızı axtardıq.

Dostum Səməndər  müəllim dedi ki, onun əlləri qızıldır, amma mobil telefon nömrəsini bilmirəm. Digər dostum Arifə zəng vurdum və o, nömrəni bizə verdi.Və Əkbər kişi ilə danışıb , məkanı bizə göndərdi. On  dəqiqədən sonra onun evinə çatdıq və bizi çox mehribanlıqla qarşıladı. Nəvəmin burxulmuş  ayağını barmaqları ilə müayinə elədi. Dedi kı, əvvəldən bu  hissədə  zədələnmə olub. Düz deyirdi, üç il qabaq nəvəmin həmin ayağı burxulmuşdu və şiş yaranmışdı. Bir neçə dəqiqənin içində o qızıl barmaqları ilə  çıxan yeri yerinə oturtdu. Nəvəm əvvəlcə bərk ağrı hiss etdi  və sonra tam sakitləşdi və bir neçə dəqiqədən sonra ağrı- acı yoxa çıxdı, çöhrəsində  əvvəlki təbəssüm göründü.

Elə həmin an həmin nahiyəyə Əkbər kişi məlhəm qoydu . Və dedi ki, bir də bir gündən sonra gələrsiniz. Jurnalist olduğumu biləndən sonra  aramızdakı səmimiyyət bir qədər də artdı. Dedi ki, Aqil Abbasın oğlu Tuncay mənim dostumdur. Bir dəfə də Aqil müəllimin ayaqlarında yaranmış problemə əlaqədar  onlarda  olmuşam . Özü də , oğlu da çox insan adamdılar.  Bax , əlləri qızıl olan Əkbər kişi belə bir insandı. Hamıya bacardığı köməkliyi göstərir və hamı da ondan razı qalır. Çünki sınıqçı Əkbər qardaşımız elə adamıdır. Və el adamını da , həmişə el axtarır!!!

TƏQVİM / ARXİV