adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Təhsilin unutduğu siniflər... - Emin Piri yazır

Emin Piri
2963 | 2022-06-10 17:15

Ölkə prezidenti təhsilin inkişafı, ucqarların məktəblə təminatı barədə sərəncamlar verilir. Alqışlanası, gözəl təşəbbüslərdir. Bunlardan biri də modul tipli məktəblərdir ki, hər il onlarla məktəb tikintisi nəzərdə tutulur və təhsilə pullar ayrılır.

Yazı-pozu adamı olduğumdan və sevdiyimdən hər həftə müxtəlif kəndlərdə oluram.

Deməli, 2020-ci ildə prezidentin sərəncamı 300min manata yaxın pul belə məktəblərdən birinin tikintisi üçün ayrılıb.

Baxırıq, tikəndə "yaddan çıxıb" direktor otağı unudulub.

Kitabxana "yaddan çıxıb".

Müəllimlər otağı "yaddan çıxıb".

İdman zalı "yaddan çıxıb".

Laboratoriya və informatika kimi otaqlar "yaddan çıxıb".

Soyunub-geyinmə otağı da "yaddan çıxıb".

Axırda tualet də "yaddan çıxacaqmış", deyiblər ayıbdı, heç olmasa bunu tikək.

Hər şey bir yana 9 illik məktəbdə 9 sinfin 3 sinfini unudub 6 balaca sinif otağı tikiblər.

A kişi, sinifləri belə "unudublar".

6 balaca, bildiyiniz mətbəx boyda otağı 300minə tikiblər.

Vallah, bunun adı təkcə pul sevgisi deyil, prezidentə də, dövlətə də, millətə də xəyanətdir.

TƏQVİM / ARXİV